XƏBƏR LENTİ
13 Dekabr 2025
12 Dekabr 2025
11 Dekabr 2025



Azərbaycan birinciliyində fərdi yarışların qalibləri müəyyənləşdi
İdman 19:54 / 13.12.2025
Dekabrın 13-də cüdo üzrə 20 yaşadək gənclər arasında Azərbaycan birinciliyinə start verilib.
Olimpnews.az xəbər verir ki, Abşeron Olimpiya İdman Kompleksində təşkil olunan yarışda 58 klub və idman cəmiyyətindən 191 cüdoçu (158 oğlan, 33 qız) qalib adı uğrunda mübarizə aparır. Birinciliyin fərdi yarışlarında 13 çəki dərəcəsi üzrə qaliblərin adlarına aydınlıq gəlib.
Qızların yarışımda Gülgəz Musayeva (-48 kq, Gəncə şəhəri 1 nömrəli UGİŞM), Aysun Məmmədova (-52 kq, "Azəri-Cüdo” İKİB), Zeynəb Şərbətova (-57 kq, Naftalan UGİM), Kamilla Töhöliyeva (-63 kq, Zaqatala UGİM), Aynur Mirzağayeva (-70 kq, "Neftçi” İK) və Əsmər Əliyeva (-78 kq, "Neftçi” İK)
Bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Oğlanların yarışında isə Fərid Qarayev (-60 kq, Gəncə şəhəri 1 nömrəli UGİŞM), Nihad Məmişov (-66 kq, "Neftçi” İK), Əbil Yusubov (-73 kq, "Atilla” İK), Mehdi Abbasov (-81 kq, Qəbələ Bakı), Əli Qazıməmmədov (-90 kq, "Sərhədçi” İM), Davud Namazlı (-100 kq, "Atilla” İK) və Ramazan Əhmədov (+100 kq, "Kanokan-TT” İK) qızıl medallara layiq görülüb.
Qeyd edək ki, sabah yekunlaşacaq birincilikdə cüdoçular sabah komanda yarışlarında qüvvələrini sınayacaqlar.
193 oxunub

InvestAZ