XƏBƏR LENTİ
19 Mart 2026
16:36
18 Mart 2026
17 Mart 2026
16 Mart 2026
14 Mart 2026
13 Mart 2026



Misli Premyer Liqası: "Sabah" qələbə sayəsində birinci pilləyə yüksəldi
İdman 19:14 / 13.12.2025

Futbol üzrə Misli Premyer Liqasında 15-ci turun daha bir oyunu keçirilib.

Olimpnews.az xəbər verir ki, günün ikinci oyununda "Turan Tovuz" klubu "Sabah"ı qəbul edib. Tovuz şəhər stadionunda keçirilən oyun "Sabah"ın qələbəsi ilə yekunlaşıb -1:3. Matçda hesab31-ci dəqiqədə açılıb. Coy Lens Mikels qonaqları hesabda irəli çıxarıb. Qarşılaşmanın 68-ci dəqiqəsində isə Velko Simiç hesab arasındakı fərqi iki topa çatdırıb. Qarşılaşmanın 79-cu dəqiqəsində isə Umarali Raxmonaliyev "Sabah"ın üçüncü qolunu vurub. "Turan Tovuz"un yeganə qolunun müəllifi isə82-ci dəqiqədəFilip Ozobiç vurub. "Sabah" qələbə sayəsində xallarının sayını 31-ə çatdıraraqhələlik birinci pilləyə yüksəlib. Tovuz təmsilçisi isə24 xalla beşincidir.


5550 oxunub

InvestAZ