İdman 19:58 / 09.11.2025
Azərbaycan cüdoçusu Zelim Kotsoye Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində keçirilən cüdo yarışlarında gümüş medal qazanıb.
Olimpnews.az xəbər verir ki, -100 kq çəki dərəcəsində mübarizə aparan Olimpiya çempionumuz həlledici görüşdə misirli OmarElramliyə məğlub olub.
Qeyd edək ki, final oyununu Milli Olimpiya Komitəsininvitse-prezidenti və İSSA-nın ikinci vitse-prezidenti Çingiz Hüseynzadə, MOK-un baş katibi Azər Əliyev və vitse-prezidenti Fərid Mansurov daizləyib.