XƏBƏR LENTİ
10 Noyabr 2025
09 Noyabr 2025
08 Noyabr 2025



Sərxan Əliyev VI İslam Həmrəyliyi Oyunlarının bürünc medalını qazanıb
İdman 21:35 / 09.11.2025

Azərbaycanın boksçusu Sərxan Əliyev Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində keçirilən VI İslam Həmrəyliyi Oyunlarında yarımfinal görüşünə çıxıb.

70 kiloqram çəki dərəcəsində çıxış edən boksçumuz iordaniyalı rəqibinə məğlub olaraq oyunların bürünc medalını qazanıb.

Qeyd edək ki, döyüşü İSSA-nın İcraiyyə Komitəsinin üzvü və Ər-Riyad-2025 İslam Həmrəyliyi Oyunlarının Koordinasiya Komissiyasının sədri, millət vəkili Könül Nurullayeva izləyib.


221 oxunub

InvestAZ