Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda VI İslam Həmrəyliyi Oyunları çərçivəsində keçirilən voleybol yarışları davam edir.
Bu gün qadın voleybolçulardan ibarət millimiz Oyunlarda növbəti oyununu keçirib. Komandamız üçüncü oyunda Türkiyə millisi ilə qarşılaşıb. Oyun rəqibin 0:3 (12:25, 8:25, 10:25) hesablı qələbəsi ilə yekunlaşıb.
Komandamız növbəti oyununu noyabrın 12-də Əfqanıstan yığmasına qarşı keçirəcək.
Qeyd edək ki, oyunu Milli Olimpiya Komitəsinin vitse-prezidenti və İSSA-nın ikinci vitse-prezidenti Çingiz Hüseynzadə, MOK-un baş katibi Azər Əliyev və vitse-prezidenti Fərid Mansurov da izləyib.
363 oxunub