XƏBƏR LENTİ
09 Noyabr 2025
08 Noyabr 2025
07 Noyabr 2025



Stolüstü tennis millimiz bürünc medalı təmin etdi
İdman 18:51 / 09.11.2025

Qadınlardan ibarət stolüstü tennis millimiz Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında növbəti oyununu keçirib.

Millimiz 1/4 finalda Maldiv adaları komandası ilə qarşılaşıb. Oyunda 8:3 hesablı qələbə qazanan millimiz yarımfinala vəsiqə əldə edib. Stolüstü tennisçilərimiz bununla da ən azı bürünc medalı təmin edib. Komandamız sabah finala vəsiqə uğrunda görüşdə Misir kollektivi ilə üz-üzə gələcək.


422 oxunub

InvestAZ