XƏBƏR LENTİ
09 Noyabr 2025
08 Noyabr 2025
07 Noyabr 2025



İslamiada: Bu gün daha 6 cüdoçumuz tatami üzərinə çıxacaq
İdman 11:56 / 09.11.2025
Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda VI İslam Həmrəyliyi Oyunları çərçivəsində keçirilən cüdo üzrə fərdi yarışlara bu gün yekun vurulacaq.
Fərdi yarışlarının son günündə 5 çəki dərəcəsində 6 cüdoçumuz tatami üzərinə çıxacaq.
Kişilərin yarışında Avropa çempionumuz Elcan Hacıyev (-90 kq) 1/4 finalda Ali Abdelaal (Misir), Aydar Arapov (Qazaxıstan) cütünün qalibi ilə qarşılaşacaq. Dünya, Avropa və Olimpiya çempionumuz Zelim Kotsoyev 1/4 finalda Karamnob Saqaipov (Livan) və Abdurahman Sisey (Qambiya) cütünün qalibi, dünya çempionatının gümüş mükafatçısı Uşanqi Kokauri isə 1/4 finalda özbəkistanlı Muzaffarbek Turoboyevlə üz-üzə gələcək.
Qadınların yarışında isə 2 çəki dərəcəsində 3 idmançımız mübarizə aparacaq. -70 kq çəki dərəcəsində qüvvəsini sınayan Südabə Ağayeva 1/4 finalda Fay Alslboud (Səudiyyə Ərəbistanı), Aytac Qardaşxanlı isə Maryam Barbat (İran) ilə qarşılaşacaq.
Digər idmançımız Günel Həsənli (-78 kq) isə yarımfinalda qazaxıstanlı Aruna Jangeldina ilə üz-üzə gələcək.
Təsnifat yarışları Bakı vaxtı ilə saat 12:00-da, final bloku isə 18:00-da başlayacaq.
Qeyd edək ki, Azərbaycan cüdoçuları İslamiadanın ilk günündə 1 qızıl, 1 gümüş və 2 bürünc medal qazanıblar. Komandamıza qızıl medalı dünya, Avropa və Olimpiya çempionumuz Hidayət Heydərdov (-73 kq) qazandırıb. Komandamızın digər üzvü Könül Əliyeva (-48 kq) gümüş, Aydan Vəliyeva (-52 kq) və Ruslan Paşayev (-66 kq) isə bürünc medala sahib çıxıb.


252 oxunub

InvestAZ