Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda VI İslam Həmrəyliyi Oyunlarının açılış mərasimi başlanıb.
Əl-Cənadriyahda keçirilən tədbir Bakı vaxtı ilə saat 21:00-da start götürüb.
Qeyd edək ki, Azərbaycanı yarışda 20 idman növündə 169 idmançı təmsil edir. Ümumilikdə isə 57 ölkə 23 növdə medallar uğrunda mübarizə aparır.
Oyunlara noyabrın 21-də yekun vurulacaq.
309 oxunub