XƏBƏR LENTİ
20 Mart 2026
19 Mart 2026
16:36
18 Mart 2026
17 Mart 2026
16 Mart 2026
14 Mart 2026
13 Mart 2026



Kamandan oxatma üzrə “Zəfər turniri” keçiriləcək
İdman 14:59 / 07.11.2025
Noyabrın 13-15-də Azərbaycan İdman Akademiyasının Stadionunda tarixi qələbənin 5 illiyinə həsr olunmuş kamandan oxatma üzrə "Zəfər turniri” keçiriləcək.
Azərbaycan Kamandan Oxatma Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, yarış Azərbaycan Kamandan Oxatma Federasiyasının təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin və Azərbaycan İdman Akademiyasının dəstəyi ilə reallaşacaq.
Turnirdə ölkənin müxtəlif bölgələrindən olan 18 yaşadək gənc oğlan və qız idmançılar iştirak edəcəklər. Yarışlar 60 metr məsafədə fərdi qaydada keçiriləcək. Turnirin əsas məqsədi gənc oxatanlar arasında bu qədim və zərif idman növünün təbliği, istedadlı idmançıların müəyyənləşdirilməsi və onların beynəlxalq yarışlara hazırlıq səviyyəsinin artırılmasıdır. Qaliblər Azərbaycan Kamandan Oxatma Federasiyası tərəfindən diplom və medallarla təltif olunacaqlar.


6927 oxunub

InvestAZ