XƏBƏR LENTİ
11 Mart 2026
10 Mart 2026
09 Mart 2026
08 Mart 2026
07 Mart 2026
06 Mart 2026
05 Mart 2026
04 Mart 2026



Millimiz dünya çempionatına vəsiqə uğrunda Özbəkistanla qarşılaşacaq
İdman 13:22 / 31.10.2025

Azərbaycanın qadınlardan ibarət şahmat millisi İspaniyanın Linares şəhərində keçiriləcək dünya çempionatına vəsiqə uğrunda Özbəkistanla qarşılaşacaq.

Bu barədə Azərbaycan Şahmat Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

Mötəbər yarışda təşkilatçı ölkə İspaniya, 2023-cü ildə baş tutan son dünya çempionatının ən yaxşı 4 komandası – Gürcüstan, Fransa, Qazaxıstan, ABŞ, eyni zamanda dünya reytinq sıralamasına əsasən qitələr üzrə seçilən Çin, Ukrayna, Peru, Misir, Hindistan və FIDE komandaları iştirak edəcək.

Dünya çempionatına 12-ci vəsiqənin sahibi isə Azərbaycan və Özbəkistan komandalarının matçında məlum olacaq. Mundiala seçmə xarakter daşıyan qarşılaşma noyabrın 1-2-də Bakıdakı "Dinamo" hotelində təşkil olunacaq.

İki gün ərzində rapid yarışının yekununda qalib gələcək komanda dünya çempionatına vəsiqə qazanacaq.

Azərbaycan millisi matçda bu heyətlə çıxış edəcək: Günay Məmmədzadə, Gülnar Məmmədova, Xanım Balacayeva, Gövhər Beydullayeva və Ülviyyə Fətəliyeva. Komandanın kapitanı Avropa çempionu Qədir Hüseynov olacaq.

Azərbaycan - Özbəkistan görüşünün baş hakimi Faiq Həsənovdur.

Qeyd edək ki, mundial noyabrın 18-23-ü aralığında baş tutacaq.


7330 oxunub

InvestAZ