XƏBƏR LENTİ
30 Aprel 2026
28 Aprel 2026
27 Aprel 2026
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026



Avropa çempionatı: İki boksçumuz qızıl medalın bir addımlığında 
İdman 12:44 / 24.10.2025
Monteneqronun Budva şəhərində keçirilən U-15 Avropa çempionatı davam edir.

Azərbaycanın iki boksçusu finala, biri yarımfinala yüksəlib.

66 kq-da Nurlan Müseyibli Vladimir Versesjanla (Estoniya) üz-üzə gəlib.

O, döyüşün taleyini ilk raundda həll edib. Tam üstünlüklə qələbə qazanan və özü üçün azı bürünc medalı təmin edən Müseyibli yarımfinalda Arda Fidanla (Türkiyə) gücünü yoxlayacaq.

Qız boksçularının mübarizəsində isə millinin 2 üzvü finala yüksəlib. Nəsrin Abdullazadə (40 kq) yarımfinalda Elliemay Feterstonu (İrlandiya) 4:1 (30:27, 29:28, 30:27, 30:27, 28:29) hesabı ilə məğlub edib. Təmsilçimiz həlledici görüşdə Madlin Laverik-Arnotla (İngiltərə) qarşılaşacaq.

Xumar Cəfərli (75 kq) Alina Papaşvili (Ukrayna) ilə dueli aktivinə yazıb. İlk raundda tam üstünlüklə qalib gələn boksçu finalda Yağmur Eryurtlə (Türkiyə) qüvvəsini sınayacaq.

Qeyd edək ki, 32 ölkədən 369 idmançının qatıldığı yarışa oktyabrın 25-də yekun vurulacaq.

10771 oxunub

InvestAZ