XƏBƏR LENTİ
30 Aprel 2026
28 Aprel 2026
27 Aprel 2026
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026



Azərbaycanın yunan-Roma güləşçiləri dünya çempionatında üçüncü olublar
İdman 12:07 / 24.10.2025
Azərbaycanın yunan-Roma güləşçiləri Serbiyanın Novi Sad şəhərində keçirilən U-23 dünya çempionatında üçüncü yeri tutublar.

2 qızıl və 1 bürünc medal qazanan yığma 93 xalla komanda hesabında üçüncü olub.

Milli medalların əyarına görə tarixinin ən yaxşı nəticəsinə imza atıb.

Azərbaycan yalnız İran (143) və Ukraynadan (96) geri qalıb.

Qeyd edək ki, baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən Bayramov, məşqçilər Həsən Əliyevlə Kamran Məmmədovun rəhbərliyi altında DÇ-yə qatılan heyətdə Elmir Əliyevlə (55 kq) Ziya Babaşov (63 kq) dünya çempionu olub. Ruslan Nurullayev (72 kq) isə üçüncü yeri tutub.

11435 oxunub

InvestAZ