XƏBƏR LENTİ
30 Aprel 2026
28 Aprel 2026
27 Aprel 2026
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026



Kapralos İndoneziya Hökümətinə etirazını bildirib
İdman 11:09 / 23.10.2025
Avropa Olimpiya Komitələrinin (AOK) prezidenti və Milli Olimpiya Komitələrinin Assosiasiyasının (MOKA) vitse-prezidenti Spiros Kapralos İndoneziyanın İsrail idmançılarına bədii gimnastika üzrə dünya çempionatı üçün viza verməkdən imtina etməsini qınayaraq bunu "açıq-aşkar ayrı-seçkilik aktı” adlandırıb.
Olimpiyadunyasi.com xəbər verir ki, bu barədə "İnsidethegames.biz” saytında məlumat verilib.
Spiros Kapralos bildirib ki, bu qərar "beynəlxalq idmanın əsas prinsiplərinə - ölkələr arasında bərabərliyə, neytrallığa və hörmətə birbaşa ziddir. İdman bölücülük silahı kimi deyil, ölkələr arasında körpü olaraq qalmalıdır.”
AOK-un prezidenti və MOKA-nın vitse-prezidenti bu hadisəni İndoneziyanın son illərdə ev sahibliyi etdiyi tədbirlərdəki davranışı ilə əlaqələndirib və xatırladıb ki, ölkə 2023-cü il Dünya Çimərlik Oyunlarını ləğv etdikdən sonra "beynəlxalq öhdəliklərini yerinə yetirməyib” və Milli Olimpiya Komitələri Assosiasiyasına dəyən maliyyə zərərlərini hələ kompensasiya etməyib.
"İndoneziya bir daha göstərdi ki, qlobal idman tədbirinə ev sahibliyi ruhuna və məsuliyyətlərinə əməl etmir,” - deyə Kapralos bildirib.
O vurğulayıb ki, inklüzivlik, hörmət və bərabərlik kimi Olimpiya dəyərləri beynəlxalq yarışlarda iştirak edən bütün ölkələr üçün əsas prinsip olmalıdır. "Siyasətin idmanda yeri yoxdur..”

10644 oxunub

InvestAZ