XƏBƏR LENTİ
30 Aprel 2026
28 Aprel 2026
27 Aprel 2026
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026



"Xankəndi" klubu XXI əsrin rekordunu təkrarlayıb
İdman 12:06 / 22.10.2025

Azərbaycanın II Liqasının VI turunda "Araz Saatlı"nı 14:0 hesabı ilə məğlub edən "Xankəndi" klubu "Şəfa"nın 22 il əvvəl imza atdığı XXI əsrin rekordunu təkrarlayıb.

Bu barədə Peşəkar Futbol Liqasının mətbuat xidmətindən Olimpiyadunyasi.com-a məlumat verilib.

Bu, PFL-in bayrağı altında keçirilən yarışların tarixində ən böyük fərqli qələbə olub. 2008-ci ildən Premyer Liqa, I Liqa, II Liqa, Əvəzedicilər Liqası, ölkə kuboku və Superkubokunda 14 top fərqi ilə qalib gələn olmamışdı.

"Xankəndi"nin "Araz Saatlı" üzərində 14:0 hesablı qələbəsi ümumilikdə müstəqil Azərbaycanın peşəkar və yarımpeşəkar səviyyəli turnirləri üçün (II Liqanın ötən əsrdəki oyunları nəzərə alınmamaqla) ikinci ən böyük nəticənin təkrarıdır.

Yalnız bir dəfə ölkə çempionatı və kubokunda daha böyük fərqə təsadüf olunub. 1993/1994 mövsümündə I dəstədə mübarizə aparan komandaların duelində Sumqayıt təmsilçisi "Metallurq" "Göytəpə"ni 15:0 hesabı ilə məğlub edib.

14:0 hesabına isə 3-cü dəfə təsadüf olunub. Əvvəlki qələbələrin hər ikisinə "Şəfa" imza atıb və bu uğurlara ölkə kubokunda nail olub. 1997/1998 mövsümündə HHQ İK, 2003/2004 mövsümündə isə "Lider Qarabağ"la görüşdə "Şəfa" 14 cavabsız qol vurub.


9153 oxunub

InvestAZ