XƏBƏR LENTİ
11 Mart 2026
10 Mart 2026
09 Mart 2026
08 Mart 2026
07 Mart 2026
06 Mart 2026
05 Mart 2026



Daha bir boksçumuz Avropa çempionatının yarımfinalında 
İdman 11:54 / 22.10.2025
Azərbaycan millisinin daha bir boksçusu Monteneqronun Budva şəhərində keçirilən U-15 Avropa çempionatında yarımfinala vəsiqə qazanıb.

Azərbaycan Boks Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, Nəsrin Abdullazadə 1/4 finalda Esila Yıldırıma (Türkiyə) qalib gəlib.

40 kq-da mübarizə aparan milli üzvü 5:0 (29:28, 30:27, 30:27, 30:27, 29:28) hesablı qələbəyə sevinib. O, yarımfinala yüksəlməklə özü üçün azı bürünc medalı da təmin edib.

Abdullazadə finala vəsiqə uğrunda Elliemay Feterstonla (İrlandiya) döyüşəcək. Görüş oktyabrın 23-də gerçəkləşəcək.

Qeyd edək ki, 32 ölkədən 369 boksçunun qatıldığı Avropa çempionatına oktyabrın 25-də yekun vurulacaq.

10125 oxunub

InvestAZ