XƏBƏR LENTİ
30 Aprel 2026
28 Aprel 2026
27 Aprel 2026
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026



Çempionlar Liqası: Liqa mərhələsində üçüncü tura start verildi 
İdman 02:12 / 22.10.2025
Futbol üzrə UEFA Çempionlar Liqasının Liqa mərhələsində III turun oyunlarına start verilib.
Turun ilk oyun günündə 9 qarşılaşma təşkil olunub. Günün iki oyunu saat 20:45-də, digər yeddi oyunu isə 23:00-da baş tutub. "Barselona” klubu İspaniyada Yunanıstanın "Olimpiakos” klubunu 6:1 hesabı ilə məğlub edib. Eyni saatda start götürən "Kayrat” (Qazaxıstan) - "Pafos” (Kipr) oyununda isə hesab açılmayıb. İngiltərə "Arsenal"ı Londonda Madrid "Atletiko"sunu böyük hesabla məğlub edib -4:0. "Napoli” (İtalya) isə Niderland səfərində PSV-yə 6:2 hesabı ilə məğlub olub. Gecənin digər məhsuldar oyunu Almaniyada baş tutub. Son çempion PSJ "Bayer 04”ə 7:2 hesabı ilə qalib gəlib. Almaniyanın digər təmsilçisi "Borussiya Dortmund” isə ötən tur "Qarabağ”ın məğlub etdiyi "Kopenhagen”i (Danimarka) səfərdə məğlub edib -2:4. Çempionlar Liqasının son finalçısı "İnter” (İtalya) Belçikada "Yunion”un qapısından dörd cavabsız top keçirib. "Qarabağ”ın ilk turda məğlub etdiyi Portuqaliya "Benfika”sı isə bu dəfə İngiltərədə "Nyukasl”a 3:0 hesabı ilə uduzub. Gecənin digər maraqla gözlənilən oyunlarından biri İspaniyada baş tutub. "Vilyarreal” klubu İngiltərənin "Mançester Siti” klubuna 0:2 hesabı ilə məğlub olub.
Turun digər 9 qarşılaşması bu gün təşkil olunacaq.


11673 oxunub

InvestAZ