XƏBƏR LENTİ
30 Aprel 2026
28 Aprel 2026
27 Aprel 2026
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026



Akdeniz Universiteti və Azərbaycan İdman Akademiyası arasında protokol imzalanıb
İdman 17:20 / 21.10.2025

Türkiyənin nüfuzlu ali təhsil müəssisələrindən biri olan Akdeniz Universiteti və Azərbaycan İdman Akademiyası (AİA) arasında ali təhsilin bakalavr səviyyəsinin "Məşqçilik" ixtisası üzrə ikili diplom proqramının həyata keçirilməsinə dair protokol imzalanıb.

Bu barədə Azərbaycan İdman Akademiyasının mətbuat xidmətindən məlumat verilib.

Sənədin imzalanmasında məqsəd iki qardaş ölkə arasında idman təhsili sahəsində əməkdaşlığı daha da dərinləşdirmək, müasir beynəlxalq standartlara cavab verən peşəkar məşqçilərin hazırlanması üçün birgə tədris və elmi mühit formalaşdırmaqdır.

İmzalanma mərasimində Akdeniz Universitetinin rektoru Özlenen Özkanın və ASA-nın rektoru Fuad Hacıyevin başçılıq etdikləri nümayəndə heyətləri iştirak ediblər.

Yeni proqram çərçivəsində tələbələr təhsilin birinci və dördüncü illərini qəbul olduqları universitetdə, ikinci və üçüncü illərini isə tərəfdaş universitetdə keçirəcəklər.

Tədrisini uğurla başa vuran məzunlara hər iki ali təhsil müəssisəsinin diplomu təqdim olunacaq.


9979 oxunub

InvestAZ