XƏBƏR LENTİ
30 Aprel 2026
28 Aprel 2026
27 Aprel 2026
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026



Daha 3 boksçumuz Avropa çempionatında növbəti mərhələyə vəsiqə qazandı 
İdman 13:28 / 21.10.2025
Azərbaycanın daha 3 boksçusu Monteneqronun Budva şəhərində təşkil olunan U-15 Avropa çempionatında növbəti mərhələyə adlayıb.

Azərbaycan Boks Federasiyasının mətbuat xidmətindən Olimpiyadunyasi.com-a verilən məlumata görə, yarışın üçüncü günündə Onur Qurbanov (42 kq) 1/4 finalda Arkan Zoubi (İsrail) ilə qarşılaşıb.

O, döyüşü 5:0 (29:29, 30:27, 29:28, 29:28, 29:28) hesabı ilə xeyrinə bitirib. Boksçumuz yarımfinala yüksəlməklə özü üçün ən azı bürünc medalı təmin edib. Qurbanov finala gedən yolda Mason Lonqla (İngiltərə) üz-üzə gələcək. Döyüş oktyabrın 24-də baş tutacaq.

Sərxan Haqverdiyev (63 kq) 1/8 finalda Rikardo Karabası (Avstriya) sınağa çəkib. Boksçumuza rəqibini mübarizədən kənarlaşdırmaq üçün cəmi 57 saniyə kifayət edib. Haqverdiyev tam üstünlüklə qalib gəlib. O, 1/4 finalda David Yuldaşevi (Ukrayna) sınağa çəkəcək.

Nurlan Müseyibli (66 kq) də 1/8 finalda Mixael Nikolayenko (İsrail) ilə görüşün taleyini birinci raundda həll edib. Tam üstünlüklə qələbə qazanan milli üzvü növbəti görüşündə Vladimir Versesjanla (Estoniya) döyüşəcək.

Hər iki boksçu 1/4 final görüşünə oktyabrın 23-də çıxacaq.

Qeyd edək ki, 32 ölkədən 369 idmançının qatıldığı Avropa çempionatına oktyabrın 25-də yekun vurulacaq.

11627 oxunub

InvestAZ