XƏBƏR LENTİ
30 Aprel 2026
28 Aprel 2026
27 Aprel 2026
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026



Millimiz dünya çempionatına yola düşüb
İdman 17:58 / 20.10.2025
Oktyabrın 24–30-u aralığında Çinin Uşi şəhərində keçiriləcək dünya çempionatında Azərbaycanı 9 taekvondoçu təmsil edəcək.
Bu barədə Azərbaycan Taekvondo Federasiyasının mətbuat xidmətindən məlumat verilib.
Kişilərdən Bəhruz Quluzadə (54 kq), Qaşım Maqomedov (58 kq), Fuad Təhməzov (63 kq), Riyad Şirəliyev (68 kq), Cavad Ağayev (74 kq), Taleh Süleymanov (80 kq), Eltac Qafarov (87 kq), qadınlardan Minayə Əkbərova (46 kq) və Səmərrux Osmanova (49 kq) dayanq üzərinə çıxacaqlar.
Komandamız federasiyanın icraçı vitse-prezidenti Hikmət Səmədov, vitse-prezident Niyaməddin Paşayev, böyüklərdən ibarət milli komandanın baş məşqçisi Məmməd Abdullayev, böyük məşqçi Elnur Amanov və məşqçi Günay Zeynalovanın rəhbərliyi altında yarışa yollanıb.
Qeyd edək ki, beynəlxalq dərəcəli hakim Aygül Abdullayeva yarışda Azərbaycanı ədalət təmsilçisi kimi təmsil edəcək.


11778 oxunub

InvestAZ