XƏBƏR LENTİ
19 Mart 2026
18 Mart 2026
17 Mart 2026
16 Mart 2026
14 Mart 2026
13 Mart 2026
12 Mart 2026



Millimiz Özbəkistanda təlim-məşq toplanışında iştirak edir
İdman 15:06 / 04.07.2025

Boks üzrə kadetlərdən ibarət Azərbaycan milli komandası Özbəkistanda təlim-məşq toplanışında iştirak edir.

Azərbaycan Boks Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, hazırlıq 15 gün davam edəcək.

Boksçularımız Buxarada yerli komanda ilə birgə məşq edib, sınaq döyüşləri keçirəcəklər.

Qeyd edək ki, toplanış Avropa birinciliyinə hazırlıq xarakteri daşıyır.



11225 oxunub

InvestAZ