XƏBƏR LENTİ
29 Yanvar 2026
28 Yanvar 2026
27 Yanvar 2026
23 Yanvar 2026
22 Yanvar 2026
21 Yanvar 2026
19 Yanvar 2026
18 Yanvar 2026
16 Yanvar 2026



Azərbaycan Yüksək Liqasında XVII tura start verilir
İdman 10:10 / 27.03.2025

Bu gün qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasının XVII turu çərçivəsində maraqlı oyunlar keçiriləcək. 

Turnirin ilk matçları saat 16:00-da başlayacaq. UNEC komandası doğma meydanda "Abşeron”la üz-üzə gələcək. Eyni saatda "Murov Az Terminal” və "Azərreyl” komandaları da qarşılaşacaq.

Günün son oyunu saat 18:00-da təşkil olunacaq. Bu dəfə "Milli Aviasiya Akademiyası” və "Gəncə” komandaları meydanda güclərini sınayacaq.

UNEC - "Abşeron” oyunu UNEC-in idman zalında keçiriləcək. Digər iki görüş isə Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində baş tutacaq.


13457 oxunub

InvestAZ