XƏBƏR LENTİ
15 Yanvar 2026
14 Yanvar 2026
13 Yanvar 2026
12 Yanvar 2026
09 Yanvar 2026
08 Yanvar 2026
07 Yanvar 2026
06 Yanvar 2026
05 Yanvar 2026



Qadın güləşçimizGimnaziadada qızıl medal qazandı
İdman 18:06 / 29.10.2024

Azərbaycanın qadın güləşçiləri Bəhreynin paytaxtı Manama şəhərində keçirilən Gimnaziada İdman Oyunlarında 3 medal qazanıblar.

Nəzrin Əhmədli (43 kq) qızıl, Esra Məmmədli (57 kq) gümüş, Fatimə Bayramova (53 kq) isə bürünc mükafata sahib çıxıblar.

Qeyd edək ki, ötən gün Azərbaycanın sərbəst güləşçilərindən Hüseyn Hüseynov (55 kq) və Həsən Həsənov (60 kq) birinci, Fərhad Süleymanlı (92 kq) ikinci, Fərid Ağasızadə, Hüseyn İsmayılov (hər ikisi 65 kq), Rəşad Veysəlov, Nihad Abasov (hər ikisi 71 kq), Nihad Süleymanlı (80 kq) və Hakim Tağıyev (110 kq) isə üçüncü yerləri tutublar.

Oktyabrın 30-da yunan-Roma yarışlarına start veriləcək.


16748 oxunub

InvestAZ