XƏBƏR LENTİ
14 Fevral 2026
13 Fevral 2026
12 Fevral 2026
11 Fevral 2026
10 Fevral 2026
09 Fevral 2026



Hemilton: "Uğursuzluqların açarı Bakıda üzə çıxacaq"
İdman 13:59 / 13.09.2024

"Mersedes"in yeddiqat Formula 1 çempionu, britaniyalı Lyuis Hemilton yay fasiləsindən sonra komandasının uğursuz çıxışı barədə açıqlama verib.

"Düşünürəm ki, hələ ki, lazımi formamızı müəyyənləşdirməkdə çətinlik çəkirik. Bunu hər birimiz anlayırıq. Ola bilər ki, treklərdə özümüzü ələ ala bilmirik. Hər şey Azərbaycan Qran-prisində məlum olacaq. Yəqin ki, uğursuzluqların açarı Bakıda üzə çıxacaq. Təhlillər davam edir", - deyə Racingnews365 Hamiltonun sözlərindən sitat gətirib.

Məlumat üçün bildirək ki, 39 yaşlı Hemilton «Mercedes»də son mövsümünü keçirir. O, növbəti il "Ferrari"nin sükanını idarə edəcək.




19785 oxunub

InvestAZ