XƏBƏR LENTİ
19 Mart 2026
18 Mart 2026
17 Mart 2026
16 Mart 2026
14 Mart 2026
13 Mart 2026
12 Mart 2026



Bu gün həndbol üzrə ölkə çempionatına start veriləcək
İdman 09:20 / 12.09.2024

Sentyabrın 12-də həndbol üzrə XXXI Azərbaycan çempionatına start veriləcək.

Yeni mövsümdə 16 komanda mübarizə aparacaq.

Kişilərin yarışında "Azəryol”, "Bakı”, "Dinamo”, "Gənclər Birliyi”, "İdman Akademiyası”, "Kür”, "Qarabağ”, "Təhsil” və U-17 Buta, qadınların turnirində isə "Azəryol”, "Bakı”, "Gənclər Birliyi”, "İdman Akademiyası”, "Kür”, "Qarabağ” və "Təhsil” komandaları qalib adı uğrunda yarışacaqlar.

Qeyd edək ki, Gənclər və İdman Nazirliyi və Azərbaycan Həndbol Federasiyasının birgə təşkil etdiyi çempionatın oyunları "AHF Arena” və "Kür” Olimpiya Tədris-İdman Mərkəzində keçiriləcək.


19264 oxunub

InvestAZ