XƏBƏR LENTİ
26 Mart 2026
25 Mart 2026
20 Mart 2026
19 Mart 2026
18 Mart 2026
17 Mart 2026
16 Mart 2026
14 Mart 2026
13 Mart 2026



Bu gün "Qarabağ"ın Avropa Liqasındakı rəqibləri müəyyənləşəcək
İdman 11:18 / 30.08.2024

Bu gün UEFA Avropa Liqasının yeni formatda keçiriləcək əsas mərhələsinin püşkatma mərasimi keçiriləcək. Bakı vaxtı ilə saat 15:00-da başlayacaq mərasimdə "Qarabağ"ın da rəqibləri müəyyənləşəcək.

Liqa mərhələsində 36 komanda iştirak edəcək. Hər komanda 8 oyuna çıxacaq.

Püşkatma ərəfəsində klublar reytinqinə əsasən 4 səbətə bölünüblər. Ağdam klubu 3-cü səbətdə yer alıb. Komandalar hər səbətdən iki rəqiblə – biri ilə evdə, digəri ilə səfərdə görüşəcək.

8 turdan sonra ilk 8 yeri tutan komanda 1/8 finala, 9-24-cü yerlərin sahibləri pley-offa yüksələcək. Digər 12 iştirakçı mübarizəni dayandıracaq.

Liqa mərhələsinin oyun günləri də bəllidir. İlk altı tur bu il, son iki tur gələn il baş tutacaq.

2024-cü il

I tur: 25-26 sentyabr

II tur: 3 oktyabr

III tur: 24 oktyabr

IV tur: 7 noyabr

V tur: 28 noyabr

VI tur: 12 dekabr

2025-ci il

VII tur: 23 yanvar

VIII tur: 30 yanvar


18575 oxunub

InvestAZ