XƏBƏR LENTİ
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026
06 Aprel 2026
05 Aprel 2026
04 Aprel 2026
03 Aprel 2026
01 Aprel 2026
31 Mart 2026



Boksçumuz Paris-2024-ə lisenziya qazandı
İdman 13:35 / 31.05.2024

Azərbaycan boksçusu Malik Həsənov Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.

Azərbaycan Boks Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, 63,5 kq çəki dərəcəsində mübarizə aparan yığma komandamızın üzvü bu uğura Tailandın paytaxtı Banqkokda keçirilən II Dünya Olimpiya Təsnifat Turnirində nail olub.1/4 finalındaXose Manuel Viafara (Kolumbiya)ilə qarşılaşan boksçumuzrəqibini 3:2 hesabı ilə məğlub edərəkyarımfinala yüksəlib. Malik Həsənov yarımfinala yüksəlməklə yanaşı, Paris Olimpiadasına da lisenziyanı rəsmiləşdirib.

Bu, boks üzrə Azərbaycan millisinin Paris-2024 Yay Olimpiya Oyunlarına qazandığı 4-cü lisenziya olub. Buna qədər boksçularımızdan Nicat Hüseynov (51 kq), Murad Allahverdiyev (80 kq) və Məhəmməd Abdullayev (+92 kq) Paris-2024-də iştirak etmək hüququ qazanıb.

Qeyd edək ki, iyunun 2-dək davam edəcəkII Dünya Olimpiya Təsnifat Turnirində boksçularımızdan Şamil Əsgərov (57 kq), Alfonso Dominqes (92 kq) və Zeynəb Rəhimova (54 kq) da lisenziya mübarizəsini davam etdirirlər.


21228 oxunub

InvestAZ