XƏBƏR LENTİ
09 May 2025
08 May 2025
07 May 2025
06 May 2025



10 boksçumuz Bakıda keçirilən beynəlxalq turnirə qələbə ilə başladı
İdman 10:20 / 14.05.2024

Bakıda yeniyetmə boksçular arasında "Heydər Əliyev kuboku-2024” beynəlxalq boks turnirinə start verilib. 

Azərbaycan Boks Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, Bakı Boks Mərkəzində təşkil olunan ənənəvi yarışın ilk günündə 4 çəki dərəcəsi üzrə döyüşlər keçiriləcək.  

1/8 final mərhələsi çərçivəsində təşkil olunan görüşlərdə millimizin 10 boksçusu qələbə qazanaraq 1/4 finala yüksəlib.

Turnirin ikinci günündə 18 döyüş keçiriləcək.

Qeyd edək ki, turnirin final döyüşləri mayın 18-də olacaq.


13289 oxunub

InvestAZ