"Mançester Siti" futbolçusu Leroy Sane üçün "Bavariya"nın göndərdiyi təklifi rədd edib. Mançester klubu almanların 80 milyon avroluq təklifini müsbət cavablandırmayıb.
"Siti"nin Sane ilə yeni müqavilə imzalamağa çalışdığı iddia olunub.
Qeyd edək ki, "Bavariya"nın Robben və Riberinin əvəzləyici kimi 23 yaşlı yarımmüdafiəçini transfer etmək istədiyi bildirilir.