XƏBƏR LENTİ
11 Dekabr 2025
10 Dekabr 2025
09 Dekabr 2025
08 Dekabr 2025
07 Dekabr 2025
06 Dekabr 2025
05 Dekabr 2025



Millimiz EEVZA-da 5-ci yeri tutdu
İdman 12:17 / 03.07.2025
Şərqi Avropa Voleybol Zonal Assosiasiyasının (EEVZA) 18 yaşadək qız və oğlanlar arasında çempionatına yekun vurulub.
Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, Latviyanın Cesis şəhərində təşkil olunan yarışda ev sahibi yığma ilə yanaşı, Azərbaycan, Litva, Estoniya, Polşa, Ermənistan, Gürcüstan və Ukrayna komandaları da mübarizə aparıb.
Yarışda ölkəmiz iki qız və bir oğlan komandası ilə təmsil olunub. Qızlarımız qrup mərhələsində mübarizəni dayandırıb. Oğlanlardan ibarət millimiz (İbrahim Məmmədov / Muhəmməd Aslanlı) isə yarışı 5-ci pillədə başa vurub. Komandamız qrup mərhələsində Latviya və Estoniyaya, pley-offda Litva yığmasına qalib gəlib. 1/4 finalda isə EEVZA çempionatında ikinci olan Latviya millisinə məğlub olub.


10357 oxunub

InvestAZ