"Başakşəhər" baş məşqçisi Abdullah Avcı ilə yolları ayırıb.
Türk mütəxəssisin istəyi ilə tərəflər arasında müqavilə qarşılıqlı razılaşma əsasında ləğv edilib. Qeyd edək ki, A.Avcının "Beşiktaş"la müqavilə imzalayacağı gözlənilir.
Xatırladaq ki, A.Avcı 2014-cü ildən "Başakşəhər"i çalışdırırdı. Onun rəhbərliyi altında komanda cari mövsüm ölkə çempionatında 2-ci olub.