XƏBƏR LENTİ
26 Dekabr 2024
25 Dekabr 2024
24 Dekabr 2024
23 Dekabr 2024
19 Dekabr 2024
18 Dekabr 2024



AMADA “Heydər Əliyev İli” ilə əlaqədar silsilə tədbirlər keçirib
Müsahibə 12:55 / 10.05.2023

Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar "Heydər Əliyev İli” çərçivəsində silsilə tədbirlərhəyata keçirib. Ulu öndər Heydər Əliyevin"Qoy ədalət zəfər çalısın!”sözlərini şüar seçən AMADA-nın keçirdiyi tədbirlər ölkənin bir çox regionlarını və idman növlərini əhatə edib.

Belə ki, paytaxt Bakı ilə yanaşı, Naxçıvan, Gəncə, Sumqayıt, Tovuz, Qəbələ, Xızı, və Suqovuşanda keçirilən müxtəlif idman yarışlarında Ulu Öndər Heydər Əliyevin 100 illiyi AMADA tərəfindən xüsusi şəkildə qeyd edilib. Gənclər və İdman Nazirliyinin dəstək verdiyiAMADA-nın "Heydər Əliyev ili” əla bağlı"Qoy ədalət zəfər çalsın!”təşəbbüsünə ölkədə fəaliyyət göstərən bir sıra idman qurumları da qoşulub.

Belə ki, AFFA vəPFL-in dəstəyi ilə futbol üzrə Azərbaycan Misli Premyer Liqasının 29-cu turunun bütün oyunlarında hakimlər və futbolçular əyinlərində AMADA tərəfindən hazırlanmış "Heydər Əliyev İli” və ədalətli idmanın təşviqinə aid xüsusi geyim və əllərində şüarlarla meydana çıxıblar. Turun Sumqayıt şəhərində baş tutan "Sumqayıt"-Neftçi" oyununda AMADA-nın İdmançılar Məsləhətçi Komissiyasının sədri, Ədalətli İdman elçisi İlham Zəkiyev meydana çıxaraq topa rəmzi başlama vuruşunu edib. Tovuzda baş tutan "Turan Tovuz”-"Şamaxı” oyununda isə azyaşlı idmançılar böyüklərlə bərabər xüsusi geyimdə meydana çıxıblar. Bundan əlavəAFFA Yüksək Qızlar liqası "Neftçi PFK – Sumqayıt FK” oyununda eyni aksiya baş tutub.

Qadın və kişilər arasında Voleybol üzrə ölkə çempionatının, habelə Azərbaycan Basketbol Liqasının bir sıra oyunlarında da analoji tədbir baş tutub.

Bundan əlavə, Azərbaycan Velosiped Federasiyasının təşkil etdiyi Azərbaycan Kubokunun Xızı rayonunda baş tutanüçüncü mərhələsində də "Qoy ədalət zəfər çalsın” şüarı altında tədbirlər keçirilib.

AMADA Naxçıvan Muxtar Respublikasında da silsilə tədbirlərini davam etdirib. Belə ki,"Heydər Əliyev İli”nə həsr olunmuş yeniyetmələr arasında sərbəst güləş üzrə Naxçıvan Muxtar Respublika birinciliyində də "Qoy ədalət zəfər çalsın” şüarı altında ədalətli idmanın təşviqi həyata keçirilib.

Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası tərəfindən təşkil edilən Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş avarçəkmə üzrə "Prezident kuboku-2023” turnirinin işğaldan azad edilmiş Suqovuşanda təşkil edilən mərhələsində də "Qoy ədalət zəfər çalsın” aksiyası baş tutub.

AMADA-nın təşəbbüsünə Azərbaycan Gimnastika Federasiyası, Azərbaycan Güləş Federasiyası, Azərbaycan Atıcılıq Federasiyası da qoşulub və bu federasiyaları təmsil edən idmançılar silsilə tədbirlərdə iştirak ediblər. Bundan əlavə AMADA-nın İdmançılar Məsləhətçi Komissiyasına üzv olan idmançılar da aktiv iştirak edib və təmiz və ədalətli idmanın təbliği işinə öz töhfələrini veriblər.

Qeyd edək ki, AMADA tərəfindənBeynəlxalq Ədalətli İdman Günü ilə bağlı təşkil edilən tədbirlər də məhz"Heydər Əliyev ili”çərçivəsində keçirilib.

"Heydər Əliyev İli” ilə bağlı keçirilən silsilə tədbirlərin yekunun da xüsusi videoçarx da hazırlanıb.




18215 oxunub

InvestAZ