XƏBƏR LENTİ
04 İyul 2025
03 İyul 2025
01 İyul 2025
27 İyun 2025
26 İyun 2025
25 İyun 2025
24 İyun 2025



Vyanda Avropa Olimpiya Komitəsinin seminarı keçiriləcək
Olimpiya Hərəkatı 16:51 / 15.05.2019


Mayın 17-19-da Avstryanın paytaxtı Vyanada Avropa Olimpiya Komitəsinin (AOK) İcraiyyə Komitəsininın iclası və AOK-un seminarı işinə başlayacaq.
Tədbirdə ölkəmizi AOK-un İcraiyyə Komitəsinin üzvü, Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə, MOK-un Marketinq İdarəsinin direktoru Mehman Kərimov təmsil edəcək.
Mayın 17-də adı çəkilən təşkilatın üzvü Çingiz Hüseynzadə İcraiyyə Komitəsinin iclasında iştirak edəcək. Həmçinin, iclasda AOK-un prezidenti Janez Koçijançiç, baş katib Rafael Paqnozzi, Milli Olimpiya Komitələrinin Assosiyasiyasının baş katibi Qunilla Lindberq iştirakı gözlənilir.
Mayın 18-19-da isə Avropa Olimpiya Komitəsinin 39-cu seminarı öz işinə başlayacaq. Seminar çərçivəsində Olimpiya İdman növləri, Sosial inteqrasiya, Qadın və idman, İdmanda texnologiya və s. mövzular üzrə çıxışlar ediləcək.
Həmçinin, 2020-ci il Tokio və 2024-cü il Paris Olimpiya Oyunlarının Təşkilat Komitələrinin hesabat çıxışları gündəlikdə olan məsələlər sırasındadır. Minsk-2019 ikinci Avropa Oyunları, Bakı-2019 Avropa Gənclər Olimpiya Festivalının məruzələri də dinləniləcək. AOK-un seminarı çərçivəsində qış idman növləri üzrə "Pyotr Nurovski – Avropanın Ən yaxşı gənc idmançı” mükafatı təqdim olunacaq.


56304 oxunub

InvestAZ