XƏBƏR LENTİ
06 Fevral 2023
05 Fevral 2023
03 Fevral 2023
02 Fevral 2023
01 Fevral 2023



«Bu qərarı DÇ-2022-dən əvvəl qərar vermişəm»
İdman 10:11 / 02.12.2022

Belçika millisinin baş məşqçisi Roberto Martinez vəzifəsindən istefa verib. Bu barədə 49 yaşlı mütəxəssis özü açıqlayıb.
Martinezin komandası DÇ-2022-nin qrup mərhələsinin 3-cü turunda bu gün Xorvatiya ilə heç-heçə edib - 0:0. Nəticədə Belçika 1/8 finala adlaya bilməyib. Martinez isə görüşdən sonra açıqlamasında vəzifəsindən istefa verdiyini bildirib:
"Bu, komanda ilə son oyunum idi. Emosional andır. Mən davam edə bilmərəm. Futbolçular və heyətlə sağollaşdım. Dünya çempionu olsaq da, onsuz da gedəcəkdim. Bu qərarı DÇ-2022-dən əvvəl qərar vermişəm".
Qeyd edək ki, Roberto Martinez 2016-cı ilin yayından Belçika millisini çalışdırırdı.



2205 oxunub

InvestAZ