SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR

Boksçumuz Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında gümüş medal qazandı

Boksçumuz Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında gümüş medal qazandı

Olimpiya oyunları

Bugün, 16:14

Azərbaycan komandası Dakar-2026 Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında növbəti medalını qazanıb. 

Olimpiyadunyasi.com xəbər verir ki, bu uğura boksçumuz Gülər Hüseynova (51 kq) nail olub. İdmançımız bu gün Dakar Ekspo Mərkəzdə keçirilən final görüşündə Venesuela təmsilçisi Qrenyellis Qarsiyaya məğlub olaraq gümüş medala sahib çıxıb.  

Beləliklə, Azərbaycan komandasının Dakar-2026-da qazandığı medalların sayı 6-ya çatıb. Daha əvvəl cüdoçu İbrahim Talıbov (-55 kq), eləcə də çimərlik güləşçiləri Tunar Quliyev (70 kq) və Elgün Kərimli (90 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Komandamızın digər üzvləri - çimərlik güləşçisi Nihad Süleymanlı (80 kq) və taekvondoçu Adil Kazımlı (-73 kq) isə Oyunları gümüş medalla başa vurublar.

Qeyd edək ki, Gülər Hüseynova taekondoçu Adil Kazımlı ilə birgə sabah keçiriləcək Dakar-2026-nın bağlanış mərasimində Azərbaycan komandasının bayraqdarı olacaq.

Dİgər xəbərlər