SON XƏBƏRLƏR
-
Bugün, 11:35
İdmanAzərbaycanın zəfər salnaməsi: Böyük fərəhdən böyük qələbəyə
-
07.11.2026, 23:58
MüsahibəNihad Süleymanlı: "Təəssüf ki, bir anlıq səhvə görə qızıl medalı əldən verdim"
-
07.11.2026, 23:40
Olimpiya oyunlarıDakar-2026: Azərbaycan komandası medal siyahısında üç pillə irəlilədi
-
07.11.2026, 23:21
Olimpiya oyunlarıDakar-2026: Bu gün daha 4 idmançımız mübarizəyə başlayır
-
07.11.2026, 21:38
GündəmNihad Süleymanlı Dakar-2026-da Azərbaycana ikinci medalı qazandırdı
-
07.11.2026, 21:09
İdmanDakar-2026: Nihad Süleymanlı finala vəsiqə qazandı
-
07.11.2026, 20:29
GündəmPrezident İlham Əliyevin sosial media hesablarında Vətən Müharibəsi kadrları ilə bağlı paylaşım edilib
-
07.11.2026, 19:55
İdmanDakar-2026: Çimərlik güləşçilərimiz yarımfinala vəsiqə qazandılar
-
07.11.2026, 11:57
GündəmPrezident İlham Əliyev Xankəndi Stadionunun açılışında iştirak edib
-
07.11.2026, 00:11
İdmanDakar-2026: Çin medal sıralamasında liderdir
-
06.11.2026, 23:45
İdmanDakar-2026: Çimərlik güləşində iki idmançımız mübarizəyə başlayır
-
06.11.2026, 21:05
İdmanSüleyman İsmayılzadə Dakar-2026-da çıxışını 8-ci yerdə başa vurub
-
06.11.2026, 17:54
İdmanAzərbaycanın tamblinq millisi ardıcıl üçüncü dəfə dünya çempionu olub
-
06.11.2026, 17:01
İdmanAFFA nümayəndələri Praqada UEFA-nın illik konfransında iştirak ediblər
-
06.11.2026, 16:25
İdmanAzərbaycan üzgüçüləri Belarusdakı turnirin ilk günündə 2 medal qazanıblar
-
06.11.2026, 16:14
İdmanAzərbaycan stolüstü tennisçiləri Avrasiya Liqasında III turun oyunlarına çıxacaqlar
-
06.11.2026, 15:39
İdmanDakar-2026: Üzgüçümüz finala vəsiqə qazandı
-
06.11.2026, 11:57
İdmanDakar-2026: Azərbaycanın daha dörd idman növü üzrə təmsilçiləri Seneqala çatıb
-
06.11.2026, 11:26
İdmanZəfər Gününə həsr olunmuş bədii gimnastika yarışı keçiriləcək
-
06.11.2026, 10:59
İdmanAzərbaycan Superliqası: Qadın voleybolçular arasında yeni mövsüm başlayır
-
06.11.2026, 10:06
İdmanBasketbol Liqasında VI tura start verilir
-
06.11.2026, 09:41
Olimpiya oyunlarıÜzgüçümüz bu gün Dakar-2026-da növbəti yarışına çıxacaq
-
05.11.2026, 23:10
İdmanZəfər Gününə həsr olunmuş “AzMİU IV Zəfər İdman Festivalı”na yekun vurulub
-
05.11.2026, 16:04
İdmanAvropa çempionatından əvvəl MOK-da könüllülərlə görüş təşkil olunub
-
05.11.2026, 13:22
Olimpiya oyunlarıDakar-2026: Olimpiya kəndi Oyunlardan sonra tələbə şəhərciyinə çevriləcək
-
05.11.2026, 13:13
İdmanDÇ-2028: Futzal millimiz bu gün Çexiya komandası ilə qarşılaşacaq
-
05.11.2026, 13:01
İdmanDakar-2026-da mədəni irs simvolu
-
05.11.2026, 12:51
İdmanŞahmatçımız U-20 dünya çempionatında bürünc medal qazandı
-
05.11.2026, 12:43
Olimpiya oyunlarıDakar-2026: 6 min yer üçün 23 mindən çox könüllü müraciət edib
-
05.11.2026, 12:25
Olimpiya oyunlarıDakar-2026-da tarixi an: Qaçqınlar komandası Yeniyetmələrin Olimpiya Oyunlarında ilk dəfə iştirak edir
-
05.11.2026, 12:05
İdmanDakar-2026-da yayım rekordu
-
05.11.2026, 11:47
İdmanBOK prezidenti Kristi Koventri Dakar-2026-da uşunun Olimpiya debütünü yaxından izləyib
-
05.11.2026, 11:36
Olimpiya oyunlarıDakar-2026: Gənc idmançılar BOK prezidentini avarçəkmə idman növü ilə tanış ediblər
-
05.11.2026, 11:13
İdmanYeniyetmə cüdoçular Bakı birinciliyində bir araya gələcəklər
Azərbaycanın zəfər salnaməsi: Böyük fərəhdən böyük qələbəyə
İdman
Bugün, 11:35
XXI əsr Azərbaycan xalqının tarixində mühüm hadisələrlə, böyük sınaqlarla və möhtəşəm nailiyyətlərlə yadda qalıb. Bu dövrün ən əlamətdar hadisəsi isə heç şübhəsiz, Azərbaycan Ordusunun Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazandığı tarixi Zəfərdir. 44 günlük Vətən müharibəsində əldə edilən Qələbə xalqımızın çoxəsrlik tarixinin ən böyük hadisələrindən biri, milli qürur və dövlətçilik iradəsinin təntənəsidir. Tarixin ən müxtəlif dövrlərində Səfəvilərdən Nadir şaha və İosif Stalinə qədər azərbaycanlıların iştirak etdikləri müharibə və yürüşlərdə qazanılmış qələbələrdən heç birində Azərbaycan xalqı indiki qədər Zəfər çalmamış və ümummilli əhəmiyyət kəsb etməmişdir.
Əlbəttə, indiki hadisələrin çox uzun tarixi vardır. Tarix özü buna şahiddir: Gəlin tarıxı bir seyr edək: 1803-cü ildən 1827-ci ilə qədər Azərbaycan xanlıqlarının işğalı, 1905-ci, 1915-ci, 1918-ci,1920-ci illərdə erməni və rus qoşunlarının silahsız Azərbaycan xalqına divan tutulması, Stalinin müxtəlif bəhanələrlə 40 milyondan çox adamı güllələtməsi.
Bu günə kimi Azərbaycanın Böyük fərəhləri və Böyük kədərli günləri olubdur.
Azərbaycanın birinci böyük kədəri Midiyanın süqutu, Babəkin qətli, Çaldıran fəlakəti, Türkmənçay müqaviləsinin faciəvi nəticələri, milli hökumətin devrilməsi, 20 Yanvar və Xocalı faciələridir.
20 Yanvar faciəsi – 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet imperiyasının Azərbaycan xalqına qarşı törətdiyi ən qanlı cinayətlərdən biridir. Bu tarix xalqımızın yaddaşına əbədi həkk olunmuş ümummilli hüzn və matəm günüdür. Qırx günlük matəm xalqın ağrısının, kədərinin və milli həmrəyliyinin ifadəsinə çevrilmişdir.
Azərbaycanın birinci böyük fərəhi isə Zərdüştlük, Xürrəmilik və Babəklik, Dədə Qorqud irsi və ağsaqqallıq ənənəsi, Hürufilik – Nəimilik və Nəsimilik, Füzuli yaradıcılığı, muğam və saz sənətidir. Bunlar Azərbaycan xalqının minilliklər boyu formalaşmış mənəvi, mədəni və intellektual zənginliyinin təzahürləridir.
Milli dövlətçilik ənənələrinin bərpası, müstəqil Azərbaycan Respublikasının qurulması, ilk Konstitusiyanın qəbul edilməsi, ana dilimizin dövlət qayğısı ilə əhatə olunması və Milli Ordunun yaradılması dövlətçilik tariximizin mühüm mərhələləridir. Bu proseslərin inkişafında Ulu Öndər Heydər Əliyevin müstəsna xidmətləri vardır.
Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu yeni neft strategiyasının mühüm tərkib hissəsi olan «Əsrin müqaviləsi» Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyasında, beynəlxalq mövqelərinin möhkəmlənməsində və milli iqtisadi inkişafında yeni bir mərhələnin başlanğıcı olmuşdur.
2020-ci il Azərbaycan tarixində xüsusi əhəmiyyət daşıyan il kimi yadda qaldı. Həmin il 44 gün davam edən İkinci Qarabağ müharibəsi və Tovuz döyüşləri xalqımızın milli iradəsini, birliyini və ordumuzun döyüş əzmini bir daha nümayiş etdirdi.
Azərbaycan Silahlı Qüvvələri müasir hərbi potensialı, peşəkarlığı və döyüş qabiliyyəti ilə XXI əsrin ordusu olduğunu sübut etdi.
8 noyabr 2020-ci il – Azərbaycanın Zəfər tarixinin ən şanlı səhifələrindən biri!
Bu tarix Azərbaycan Respublikasında Zəfər Günü kimi təsis edildi. Zəfər xalqımızın milli birliyinin, dövlətimizin gücünün, ordumuzun qəhrəmanlığının və müstəqilliyimizin təntənəsidir.
Azərbaycanın tarixi həm böyük kədərlərin, həm də böyük fəxarətlərin tarixidir. Bu tarix xalqımızın yaddaşında, milli ruhunda və gələcək nəsillərə ötürülən mənəvi irsində yaşayır.
Ulu öndər Heydər Əliyev 1 oktyabr 2003-cü il tarixli xalqa müraciətində bildirmişdir: “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.
Məhz ölkə Prezidenti İlham Əliyev 18 ildən sonra, Ulu öndər Heydər Əliyevin taleyüklü məsələləri, planları, işləri axıra çatdırdı. Xalqımızın ümummilli lideri Heydər Əliyev demişdi: "Ya ayağa qalxıb torpaqlarımızı azad etməli, ya məhv olmalı, ya da millət olmadığımızı etiraf etməliyik”. (1990).
Məhz ölkə Prezidenti İlham Əliyev 31 ildən sonra, ayağa qalxaraq, əsgərlərimiz silaha sarılaraq torpaqlarımızı işğalçılardan azad etdi. Hər şey ermənilərin 27 sentyabr 2020-ci ildə Azərbaycana qarşı növbəti hücumu ilə başlandı. Ardınca, həmin gün ölkədə hərbi vəziyyət elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti, Ali Baş Komandan İlham Əliyev Fərman imzaladı. 27 sentyabr 2020-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan xalqına “Qalx ayağa Azərbaycan’’ deyə müraciət etdi. Onun müraciəti bütün Azərbaycan vətəndaşları kimi, əsgərlərimizi, matrosçularımızı, gizirlərimizi və generallarımızı da torpaqlarımızın işğaldan azad edilməsi uğrunda mübarizəyə daha da ruhlandırdı.
Azərbaycanın xöşbəxt gələcəyinə inamı daha da artdı. Qanlı döyüşlər başladı. Döyüşlərin ilk günündən Azərbaycan xalqı yekdilliklə əməliyyatları dəstəklədi, on minlərlə vətən övladı könüllü şəkildə döyüşlərdə iştirak etmək üçün müraciət etdi.
Noyabrın 8-də Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Şəhidlər xiyabanında xalqa müraciətində bildirdi ki, sentyabrın 27-dən bu günə qədər 200-dən çox şəhər, kənd, qəsəbə işğaldan azad edildi. O cümlədən Füzuli şəhəri, tamamilə darmadağın edilmiş, bir dənə də salamat bina qoymayıb mənfur düşmən. Cəbrayıl tamamilə dağıdılmış. Qubadlı, Zəngilan tamamilə dağıdılmış. Kəndlər, şəhərlər. Hadrut qəsəbəsi, Suqovuşan qəsəbəsi və bu gün Şuşa şəhəri.
Mən bu gün, eyni zamanda, ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün!
Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları! Bu tarixi bir gündə Azərbaycan xalqına bu müjdəni vermək mənim həyatımda bəlkə də ən xoşbəxt günlərimdən biridir.
Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik! Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır! 8 noyabr tarixi Azərbaycan xalqının ürəyinə, yaddaşına qızıl hərflərlə yazıldı.
Ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyev bu xalqın ürəyindən qara ləkəni sildi. Qazanılan zəfərlər təkcə silahın gücü ilə deyil, həm də Ali Baş Komandan İlham Əliyevin uzaqgörən diplomatiyasının, dünyada yüksək nüfuzunun məntiqi nəticəsidir.
Ön cəbhə ilə arxa cəbhənin vəhdəti, xalqın öz xilaskarına maddi və mənəvi yardımı böyük qələbənin qazanılmasında mühüm rol oynayır. Ulu öndər Heydər Əliyev 1995-ci ildə beynəlmiləlçi gənclərlə görüşdə demişdir:
“Lazımı qaydada müharibə etmək üçün, möhkəm və mütəşəkil şəkildə arxa lazımdır! ” Azərbaycan xalqının milli suverenliyi təmin edildiyi vaxtdan indiyədək ağrılı-acılı yolda idman akademiyasının tələbələrinin vətənpərvərlik təşəbbüsü diqqətəlayiqdir.
İnsanın vətənpərvərlik hissinə malik olması ən ali əxlaqi-mənəvi məziyyətləri sırasında ilkinlərdən hesab olunur. Vətəni qorumaq, Vətən üçün yaşamaq, Vətən üçün ölmək şərəflidir! Hamımız Ana torpağın üzərində yaşayır və son mənzilimiz kimi ona da tapşırılırıq. Bu da təbiidir. Axı, Vətən anadır. Onun qədrini bilməliyik. “Dədə Qorqud”da deyildiyi kimi “Torpağı qorumadan, əkib becərməyə dəyməz”, ” Torpağı qoruyarsan Vətən olar, qorumasan kəfən. Oğul var evdən gedər, oğul var eldən. Övlad olmaq şərt deyil, gərək vətəndaş, vətənpərvər varis olasan.
Deyirlər cənnət vətəndə, ayaqlarının altında, toqquşan qılıncların kölgəsindədir.” Ey Vətən övladı! Vətəndaş olmaq üçün yaxşı oxuyub, yaxşı işləyəsən, Vətəni qoruyasan. Ana südü bədənin mayasıdır, Ana dili isə ruhun qidasıdır. Azadlıqda ağacdır, amma onu gərək qanla suvarasan.
Hər iki cəbhədə – öndə və arxada qəhrəman qıtlığı çəkən millət bədbəxtdir, məhkumdur. Azərbaycan xalqı o xalqlardan deyil. Təkcə birincı və ikinci Qarabağ müharibəsində ordu sıralarına könüllü qoşulan və hərbçi kimi vuruşan idman akademiyasının tələbə və məzunlarından Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə 413 nəfər iştirak etmiş, 46 nəfər qəhrəmancasına şəhid olmuşdur. Onlardan 3-ü Azərbaycan Respublikasının Milli Qəhrəmanı adına layiq görülmüş, 41 nəfər yaralanmış, 69 nəfər Azərbaycan Respublikasının “Vətən uğrunda”, «İgidliyə görə», “Cəsur döyüşçü”, “Qarabağ” ordeni, “Şücaətə görə”, "Döyüşdə fərqlənməyə görə",«Hərbi xidmətdə fərqlənməyə görə» 1-ci, 2-ci və 3-cü dərəcəli və işğaldan azad edilən rayonlar üzrə təsis edilən medallarla təltif olunublar.
Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin dediyi kimi: “ Hər şey vətən üçün, hər şey cəbhə üçün, hər şey qələbə üçün”. Bu, bütün idman akademiyasının professor-müəllim və tələbələrinin şüarına çevrilmişdir. Qələbə xalqımızın əzmkarlığı, inamı ilə qazanılmışdır.
29 ildən sonra Qarabağın işğaldan azad olmasınınn həyatı ana beşiyində mışıl-mışıl yatmış uşağın həyatına bənzədi. Xalqımızın bir müdrik kəlamında deyildiyi kimi “Su gələn arxdan bir də gələcək”.
Nəhayət, 10 noyabr 2020-ci ildə Dağlıq Qarabağ və ətraf rayonlarının işğaldan azad edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentı, Ali Baş Komandan İlham Əliyev cənablarının müraçiəti, Qarabağaın Azadlıq sədaları xalqımızın qanı bahasına yenidən eşidildi.
Bəşər tarixində ümumxalqın bir arzusu olub. Azadlıq arzusu. Xalq üçün Azadlıqdan şirin, Azadlıqdan müqəddəs başqa bir arzu olmayıb. Xüsusilə də bütov bir xalqın, millətin Azadlıq arzusu… Elə bir arzu ki, bu ülvi arzu əsrlərin həsrətindən doğmuş ola…
Yunan filosofu böyük Platonun məşhur bir kəlamı var. Platon deyirdi ki, «Azadlıq üstə gəl xalq bərabərdir şəxsiyyət, şəxsiyyətsiz azadlıq xəyaldır». Məhz bu gün Azərbaycanı azadlığa çıxaran şəxsiyyət ümummilli liderimiz Heydər Əliyev olmuşdursa, onun azadlıq yolunu davam etdirəcək yeganə şəxs İlham Əliyevdir. Bizim hər birimizin borcudur ki, xalqımızın ümummilli lideri Heydər Əliyevin layiqli davamçısı Prezident, Ali Baş Komandan İlham Əliyev cənablarının ətrafında sıx birləşməklə, Heydər Əliyevin bizə miras qoyduğu müstəqil dövlətçilik ənənələrini göz bəbəyi kimi qoruyaq.
Ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin dediyi kimi “İkincı Vətən Müharibəsində Azərbaycan xalqı şəhidlər verərək qələbəni qazandı. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Həm birinci Qarabağ, həm ikinci Qarabağ – Vətən müharibəsi adlandırdığımız müharibədə şəhid olmuş bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm, onların yaxınlarına səbr diləyirəm. Yaralı soydaşlarımıza Allahdan şəfa diləyirəm. Biz xalqımızın, əsgərlərimizin, zabitlərimizin canı, qanı bahasına torpaqlarımızı işğalçılardan azad etdik. İşğalçıları torpaqlarımızdan qovuruq və qovacağıq! Zəfər haqqın tərəfində oldu. Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çaldıq!. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır”!
Dilqəm Quliyev,
pedaqogika üzrə elmlər doktoru,
professor.