SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR

Dakar-2026: Komandamız ilk "onluğ"u tərk etdi

Dakar-2026: Komandamız ilk \"onluğ\"u tərk etdi

Olimpiya oyunları

Bugün, 23:24

Seneqalın paytaxtı Dakarda keçirilən Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının 11-ci yarış günü başa çatıb. 

Olimpiyadunyasi.com xəbər verir ki, Azərbaycan komandası ilk “onluğ”u tərk edib. Bir pillə geriləyib komandamız hazırda 3 qızıl, 1 gümüş medalla 11-ci sırada yer alır.

Medal siyahısına aktivində 28 (15 qızıl, 8 gümüş, 5 bürünc) medalla ABŞ Çin Xalq Respublikasının komandası başçılıq edir. İkinci pillədə yer alan Yaponiya komandasının aktivində 9 qızıl, 7 gümüş, 7 bürünc medal var. Rusiya komandası isə 8 qızıl, 4 gümüş, 1 bürünc medalla üçüncüdür. Misir komandası 6 qızıl, 1 gümüş, 4 bürünc medalla dördüncü pillədə qərarlaşır. Atletika idman növündə 5 qızıl, 3 gümüş medal qazanan Efiopiya yığması isə beşinci pilləyə yüksəlib. 

Ümumilikdə 93 ölkənin komandası Dakar-2026-da medal qazanıb ki, onlardan da 52-si qızıl medala sahib çıxıb. 

Qeyd edək ki, Azərbaycan komandasına qızıl medalları cüdoçu İbrahim Talıbovla (-55 kq) yanaşı, çimərlik güləşçiləri Tunar Quliyev (70 kq) və Elgün Kərimli (90 kq) qazandırıb. Digər çimərlik güləşçimiz Nihad Süleymanlı (80 kq) isə gümüş medala layiq görülüb. 

Dakar-2026 Yeniyetmələrin IV Yay Olimpiya Oyunları noyabrın 13-də başa çatacaq. 

Dİgər xəbərlər