SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR

Oyan Nəzəriani: "Biz rəqiblərimizdən hər bir cəhətdən üstün idik"

Oyan Nəzəriani: \"Biz rəqiblərimizdən hər bir cəhətdən üstün idik\"

İdman

Bugün, 03:53

"Bu il çimərlik güləşində böyük uğurlarla yadda qalacaq".

Olimpiyadunyasi.com xəbər verir ki, bözləri Seneqalın paytaxtı Dakarda keçirilən Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında komanda yarışlarında qızıl medala layiq görülən çimərlik güləşi üzrə milli komandanın baş məşqçisi Oyan Nəzəriani Heydər Əliyev Beynəlxalq Hava Limanında qarşılanma mərasimində verdiyi müsahibədə qeyd edib.

Milli komandanın baş məşqçisi Dakar-2026-ya tam hazır olduqlarını və bunun nəticəsində belə bir parlaq nailiyyət qazanıldığını diqqətə çatdırıb.

"Ardıcıl qələbələrlə ilin ən son və ən məsul yarışını - Yeniyetmələrin Yay Olimpiya Oyunlarında yaddaqalan nəticə ilə başa vurduq. Dakar-2026-da 2 qızıl və 1 gümüş medala yiyələndik. Bu nəticə imkan verdi ki, komanda hesabında da liderliyi qoruyaq. Onu da qeyd edim ki, biz rəqiblərimizdən hər bir cəhətdən üstün idik. Seneqal paytaxtına tam hazırlıqlı yollanmışdıq",- deyə Oyan Nəzəriani bildirib. 

Daha sonra O, qeyd edib ki, yarış günümüz 8 noyabr - Zəfər Gününə təsadüf etmişdi. Çalışırdıq ki, bu əlamətdar günün şərəfinə biz də layiqli qələbə qazanaq. Zəfər Gününə təsadüf edən yarışda iki qızıl medal qazanaraq, bu arzumuza çatdıq. Bu bizə xüsusi qürur verdi.

Məlumat üçün bildirək ki, Dakar-2026-da iştirak edən Azərbaycan komandasının aktivində hazırda üç qızıl və bir gümüş medal var.

Azərbaycan komandasına qızıl medalları cüdoçu İbrahim Talıbovla (-55 kq) yanaşı, çimərlik güləşçiləri Tunar Quliyev (70 kq) və Elgün Kərimli (90 kq) qazandırıb. Digər çimərlik güləşçimiz Nihad Süleymanlı (80 kq) isə gümüş medala sahib çıxıb.

Dİgər xəbərlər