SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR

Dakar-2026: Azərbaycan komandası medal siyahısının 12-ci pilləsində qərarlaşır

Dakar-2026: Azərbaycan komandası medal siyahısının 12-ci pilləsində qərarlaşır 

Olimpiya oyunları

Bugün, 23:11

Seneqalın paytaxtı Dakarda keçirilən Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının 12-ci yarış gününə yekun vurulub.

Olimpiyadunyasi.com xəbər verir ki, günü bir gümüş mükafatla başa vuran komandamız ümumi medal siyahısında ötən günlə müqayisədə bir pillə geriləyib. Hazırda komandamız 3 qızıl və 2 gümüş medalla 12-ci pillədə qərarlaşır. 

Medal siyahısının ilk üç pilləsində isə dəyişiklik olmayıb. Ötən günlərdə olduğu kimi Çin Xalq Respublikasının komandası siyahıya başçılıq edir. Şərqi asiyalıların aktivində 30 (16 qızıl, 8 gümüş, 6 bürünc) medal var. "Gündoğar ölkə" təmsilçisi Yaponiya komandası isə 9 qızıl, 8 gümüş, 9 bürünc medalla ikincidir. Günü bir bürünc medalla başa vuran Rusiya komandası isə üçüncü pillədə yer alır. "Şimal qonşular"ımızın aktivində 8 qızıl, 4 gümüş və 2 bürünc medal var. Misir komandası 12 (6 qızıl, 1 gümüş, 5 bürünc) medalla dördüncü, Efiopiya yığması isə 8 (5 qızıl, 3 gümüş)medalla beşincidir. 

Ümumilikdə 95 ölkənin komandası Dakar-2026-da medal qazanıb ki, onlardan da 75-i qızıl medal əldə edib. 

Qeyd edək ki, Azərbaycan komandasına qızıl medalları cüdoçu İbrahim Talıbovla (-55 kq) yanaşı, çimərlik güləşçiləri Tunar Quliyev (70 kq) və Elgün Kərimli (90 kq) qazandırıb. Digər çimərlik güləşçimiz Nihad Süleymanlı (80 kq) və taekvondoçumuz Adil Kazımlı (-73 kq) isə gümüş medallara sahib çıxıb. 

Dakar-2026 Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarına noyabrın 13-də yekun vurulacaq. 

Dİgər xəbərlər