XƏBƏR LENTİ
27 Dekabr 2024
26 Dekabr 2024
25 Dekabr 2024
24 Dekabr 2024
23 Dekabr 2024
19 Dekabr 2024
18 Dekabr 2024



Boksun taleyi həll olunacaq
Olimpiya Hərəkatı 10:36 / 06.05.2019



Beynəlxalq Boks Federasiyası (AIBA) Beynəlxalq Olimpiya Komitəsinin (BOK) etimadını itirdiyi təqdirdə ona alternativ olan təşkilat Tokioda keçiriləcək 2020 Olimpiya Oyunlarında boks turnirini təşkil edə bilər.
"Reuters” agentliyinin xəbərinə görə, bunu BOK-un prezidenti Tomas Bax bəyan edib.
BOK ötən il noyabrın 30-da Tokioda keçiriləcək Olimpiya Oyunlarında boks turnirinin keçirilməsi planlarını "dondurub”. Qərar AIBA-ya qarşı təhqiqatın başlanmasından sonra qəbul olunub. BOK rəhbərliyi qeyd edib ki, bu təşkilatın maliyyə məsələləri, idarəetmə mexanizmi müəyyən suallar doğurur. Xüsusən, Özbəkistan nümayəndəsi Qafur Rəhimovun AIBA-nın rəhbəri vəzifəsinə təyin olunması buna misal göstərilib. Belə ki, yeni rəhbər ABŞ Maliyyə Nazirliyinin sanksiyalarına məruz qalıb və beynəlxalq cinayətkar şəbəkə ilə əlaqələrdə şübhəli bilinir. Martın 22-də məlum olub ki, Rəhimov müvəqqəti olaraq AIBA-nın başçısı vəzifəsini təhvil verib və onun vəzifəsini keçici icra etmək mərakeşli Mohammed Mustasana həvalə olunub.
Tomas Bax deyib: "Biz boksun Olimpiya idman növü olmasını istəyirik və Tokio Olimpiya Oyunlarında boks turniri keçirməyə hazırlaşırıq. Əsas məsələ kiminlə qarşılaşacağımız və onu kimin təşkil edəcəyidir. Bu, AIBA olacaq, yaxud biz başqa təşkilat axtarmalı olacağıq? Hər şey AIBA-ya qarşı aparılan təhqiqatın nəticələrindən asılı olacaq”.
BOK prezidenti qeyd edib ki, 2020-ci ildə Tokioda keçiriləcək Olimpiya Oyunlarında boks turnirinin keçirilməsi məsələsi BOK-un mayın 22-də Lozannada olacaq İcraiyyə
Komitəsinin iclasında həll ediləcək. O əlavə edib: "İdman tədbirinin keçirilməsi raketqayırma deyil, bu səbəbdən düşünürəm ki, biz buna nail olacağıq”.



42183 oxunub

InvestAZ