SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR

Olimpiya mükafatçımız Astanadakı dünya çempionatında bürünc medal qazandı

Olimpiya mükafatçımız Astanadakı dünya çempionatında bürünc medal qazandı

İdman

Bugün, 18:00

Azərbaycanın sərbəst güləşçisi Giorgi Meşvildişvili (125 kq) Qazaxıstanın paytaxtı Astanada keçirilən dünya çempionatında bürünc medal qazanıb.

Olimpiyadunyasi.com xəbər verir ki, Paris-2024 Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı üçüncü yer uğrunda görüşdə Macarıstan təmsilçisi Vladislav Baitsayevi məğlub edib.

Digər güləşçilərdən İslam Bazarqanov (57 kq) yarımfinalda Spenser Liyə (ABŞ) uduzub. Cəbrayıl Hacıyev (79 kq) isə 1/4 finalda türkiyəli Okan Taxtaçını məğlub etsə də, yarımfinalda iranlı Məhəmməd Noxodlarimiyə uduzub. Buna baxmayaraq hər iki güləşçi sabah təsəlliverici görüşə çıxacaq.

Turan Bayramov təsnifat mərhələsində Giorgi Elbakidzeni (Gürcüstan) 2-1 hesabı ilə məğlub etsə də, 1/8 finalda Qazaxıstan təmsilçisi Nurkoja Kapanova uduzub. Lakin N.Kapanov finala yüksəldiyi üçün T.Bayramov təsəlliverici görüşə çıxacaq.

92 kq çəki dərəcəsində yarışan Ali Tsokayev 1/8 finalda Recep Haydarini (Makedoniya) məğlub etsə də, 1/4 finalda Trent Hidliyə (ABŞ) uduzub. Lakin T.Hidli finala yüksəldiyi üçün A.Tsokayev də təsəlliverici görüşdə mübarizə aparmaq hüququ qazanıb.

Arseniy Djioyev (86 kq) isə ABŞ-dən olan Kayl Deyklə qızıl medal uğrunda mübarizə aparacaq.

Xatırladaq ki, daha əvvəl yunan-Roma güləşçilərindən Eldəniz Əzizli (55 kq) və Sənan Süleymanov (77 kq) qızıl, Nihat Məmmədli (63 kq) gümüş medal qazanıb.

Dİgər xəbərlər