SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR

İki sərbəst güləşçimiz dünya çempionatının yarımfinalında

İki sərbəst güləşçimiz dünya çempionatının yarımfinalında 

İdman

Bugün, 17:38

Azərbaycanın iki sərbəst güləşçisi Qazaxıstanın paytaxtı Astanada keçirilən dünya çempionatında yarımfinala vəsiqə qazanıb.

57 kq çəki dərəcəsində yarışan İslam Bazarqanov 1/4 finalda yaponiyalı Yamato Oqavaya tam üstünlüklə (12:2) qalib gəlib.

Cəbrayıl Hacıyev (79 kq) isə eyni mərhələdə türkiyəli Okan Tahtacını üstələyib (9:3).

Ali Tsokayev (92 kq) 1/4 finalda amerikalı dünya çempionu Trent Hidleyə 1:5 hesabı ilə uduzub.

Turan Bayramov (74 kq) 1/8 finalda qazaxıstanlı Nurkoja Kaypanova məğlub olub - 0:4.

Dİgər xəbərlər