SON XƏBƏRLƏR
-
Bugün, 10:14
İdman"Sabah" Çempionlar Liqasında növbəti oyununa çıxacaq
-
20.07.2026, 18:31
İdmanKlublarımızın Konfrans Liqasındakı rəqibləri müəyyənləşdi
-
20.07.2026, 16:09
İdmanAvarçəkmə “İdman paytaxtı” Qazaxda
-
20.07.2026, 14:32
İdmanQazaxda velosiped idmanı üzrə Federasiya Kuboku keçiriləcək
-
20.07.2026, 13:37
MüsahibəHacı Əliyev: "Hər bir güləşçimizdən uğurlu nəticə gözləyirəm"
-
20.07.2026, 13:28
Gündəmİspaniyanın Kralı Əlahəzrət VI Felipeyə
-
20.07.2026, 13:14
İdmanBakıda Avropa Cüdo Ümidləri Turniri keçiriləcək
-
20.07.2026, 12:42
İdmanÜzgüçülərimiz Gürcüstanda 25 medal qazanıblar
-
20.07.2026, 12:28
İdmanİdmançımız Minskdə bürünc mükafat qazanıb
-
20.07.2026, 12:18
İdmanAvarçəkənlərimiz Avropa çempionatında iştirak edəcəklər
-
20.07.2026, 08:58
İdmanMbappa dünya çempionatlarının ən çox qol vuran oyunçusu oldu
-
20.07.2026, 02:57
Gündəmİspaniya millisinə dünya kuboku təqdim edildi
-
20.07.2026, 02:49
İdmanDÇ-2026-nın ən yaxşıları müəyyənləşib
-
20.07.2026, 02:18
İdmanİspaniya millisi tarixində ikinci dəfə dünya çempionu oldu
-
20.07.2026, 00:22
İdman“Mercedes”in italiyalı pilotu Belçika Qran-Prisinin qalibi oldu
-
17.07.2026, 11:37
İdmanDünya çempionlarına xüsusi üzük veriləcək
-
17.07.2026, 11:09
İdmanAzərbaycan Premyer Liqasında yeni mövsümün püşkatma mərasimi keçiriləcək
-
17.07.2026, 10:15
İdmanAzərbaycanın UEFA reytinqindəki əmsalı artıb
-
17.07.2026, 01:58
İdmanAvropa Liqası: "Qarabağ" növbəti mərhələdə
-
17.07.2026, 00:14
İdmanGüləşçimiz Macarıstanda da çempion oldu
-
17.07.2026, 00:14
İdmanGüləşçimiz Macarıstanda da çempion oldu
-
16.07.2026, 22:46
İdmanBakıda keçiriləcək U17 güləş üzrə dünya çempionatı: Azərbaycanın seçilməsinin başlıca səbəbləri
-
16.07.2026, 21:57
İdman"Zirə" Konfrans Liqasının növbəti mərhələsində
-
16.07.2026, 14:50
İdmanSofiyada gümüş medal
-
16.07.2026, 14:48
İdmanBakıda keçiriləcək cüdo üzrə dünya çempionatına həsr olunmuş mətbuat konfransı keçirilib
-
16.07.2026, 13:20
İdmanRəşad Rəsullu: "Dünya çempionatı komandamızın hazırkı səviyyəsini qiymətləndirmək baxımından böyük əhəmiyyət daşıyır"
-
16.07.2026, 13:09
İdmanCüdo üzrə dünya ulduzları Bakıya gələcək
-
16.07.2026, 12:59
İdmanDünya çempionatında 90-a yaxın ölkədən 600-dən çox cüdoçunun iştirak edəcəyi gözlənilir
-
16.07.2026, 12:42
İdmanRəşad Rəsullu: "İndiyədək 20-yə yaxın ölkədən cüdo həvəskarları yarış üçün bilet əldə edib"
-
16.07.2026, 12:33
İdmanRəşad Rəsullu: "Məqsədimiz bu dünya çempionatını ən yüksək səviyyədə təşkil etməkdir"
-
16.07.2026, 10:57
İdmanBakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı
-
16.07.2026, 10:27
İdmanAvarçəkmə və kanoe üzrə açıq Bakı çempionatı keçiriləcək
-
16.07.2026, 10:07
İdman"Qarabağ" Avropa Liqasında cavab oyununa çıxır
-
16.07.2026, 01:16
GündəmArgentina möhtəşəm geridönüşlə dünya çempionatının finalında
Çingiz Hüseynzadə: “Təhlükəsiz idmanla bağlı bütün problemlər daha operativ şəkildə araşdırılacaq”
Müsahibə
05.06.2026, 16:20
“Federasiyalarımızın yalnız bir neçəsində təhlükəsiz idman üzrə mütəxəssislər fəaliyyət göstərir. Digər federasiyalarda isə belə kadrlar yoxdur. Buna görə də onların hazırlanması istiqamətində xüsusi təlim proqramı həyata keçirdik”.
Bu sözləri Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə Milli İdman Federasiyaları üçün Təhlükəsiz İdman Proqramının yekunları ilə bağlı MOK-da keçirilən tədbirdə jurnalistlərə açıqlamasında deyib.
Çingiz Hüseynzadə bildirib ki, son illər dünya idmanında təhlükəsiz idman məsələləri xüsusi aktuallıq qazanıb və bu istiqamətdə Milli Olimpiya Komitəsi tərəfindən ardıcıl tədbirlər həyata keçirilir.
“Dünya idmanında son illər təhlükəsiz idman məsələləri xüsusi aktuallıq qazanıb. Milli Olimpiya Komitəsi də bu istiqamətdə ardıcıl fəaliyyət göstərir və son üç il ərzində beynəlxalq mütəxəssislərin iştirakı ilə bir sıra forumlar təşkil edib. Budəfəki tədbirimizin əsas məqsədi Azərbaycanda fəaliyyət göstərən Olimpiya idman növləri üzrə federasiyaları təhlükəsiz idman prosesinə daha fəal cəlb etmək və həmin qurumlarda bu sahə üzrə mütəxəssislərin hazırlanmasına dəstək vermək olub. Təlim iştirakçıları sertifikatlarla təltif olundular. İnanırıq ki, onlar gələcəkdə bilik və bacarıqlarını daha da artıraraq öz federasiyalarında idmanın təhlükəsizliyi ilə bağlı məsələlərin həllinə töhfə verəcəklər”, - deyə Çingiz Hüseynzadə bildirib.
MOK rəsmisi qeyd edib ki, federasiyalara dəstək məqsədilə MOK-un nəzdində xüsusi işçi qrupu yaradılıb. “İşçi qrupunun tərkibində Azərbaycan Ədalətli Oyunlar Komissiyasının sədri Xəzər İsayev, Atletlər Komissiyasının sədri Fəridə Əzizova və Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndələri yer alıb. Bu qrup federasiyalarda yarana biləcək problemlərin həllinə köməklik göstərəcək. Hesab edirəm ki, bu mexanizm sayəsində təhlükəsiz idmanla bağlı hər hansı məsələni gizlətmək mümkün olmayacaq və bütün problemlər daha operativ şəkildə araşdırılacaq”, - deyə Çingiz Hüseynzadə qeyd edib.