SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR

Dünya çempionatında növbəti tarixi uğur 

Dünya çempionatında növbəti tarixi uğur 

Gündəm

Bugün, 21:28

Azərbaycanın yunan-Roma güləşçisi Sənan Süleymanov Qazaxıstanın paytaxtı Astanada keçirilən dünya çempionatında qızıl medal qazanıb.

Olimpiyadunyəsi.com xəbər verir ki, 77 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz final görüşündə moldovalı Aleksandrin Qutunu 8:3 hesabı ilə məğlub edərək dünya çempionu tituluna yiyələnib. Sənan bu qələbə ilə ilk dəfə böyüklər arasında dünya çempionu adını qazanıb. O, həm də 15 illik həsrətə son qoyub. Belə ki, S.Süleymanov 2011-ci ildən sonra Olimpiya çəkisində dünya çempionu olan ilk kişi güləşçimiz ünvanına sahib olub. 

Qeyd edək ki, daha əvvəl Eldəniz Əzizli də dünya çempionu adını qazanıb. Turnir noyabrın 1-də başa çatacaq.

Dİgər xəbərlər