SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR

Millimiz Dünya Kubokunda altıncı oldu

Millimiz Dünya Kubokunda altıncı oldu

İdman

Bugün, 11:34

Qılıncoynatma üzrə Azərbaycan millisi Perunun paytaxtı Limada keçirilmiş Dünya Kubokunda iştirak edib.

Olimpiyadunyasi.com xəbər verir ki, Anna Başta, Səbinə Kərimova, Palina Kaspiaroviç və Zərifə Hüseynovadan ibarət yığma komandamız yarışında 24 ölkə arasında 6-cı olub.

İlk görüşdə Kolumbiya yığmasına 45:27 hesabı ilə qalib gələn sablyaçılar ən güclü "8-liy"ə yüksəlmək uğrunda keçirilən qarşılaşmada turnirin reytinq favoritlərindən sayılan Yaponiya kollektivini 45:39 hesabı ilə məğlub edib.

Bürünc medalın bir addımlığında olan milli yarımfinal uğrunda qarşılaşmada Polşa sablyaçıları ilə üz-üzə gəlib. Görüş rəqibin 45:44 hesablı qələbəsi ilə başa çatıb.

Komanda 5-8-ci yerlər uğrunda keçirilən görüşlərdə Koreya yığmasını 45:41 hesabı ilə məğlub edib, İtaliya kollektivinə 42:45 hesabı ilə uduzub.

Dİgər xəbərlər