SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR

Misli Premyer Liqasında sonuncu turun daha iki oyunu keçiriləcək

Misli Premyer Liqasında sonuncu turun daha iki oyunu keçiriləcək 

İdman

Bugün, 10:04

Bu gün futbol üzrə Misli Premyer Liqasında sonuncu turun daha iki oyunu keçiriləcək. 

Olimpiyadunyasi.com xəbər verir ki, günün ilk oyununda avrokuboklara vəsiqəni təmin edən "Neftçi" "Kəpəz"in qonağı olacaq 

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək oyuna saat 15:00-da start veriləcək. Hazırda "ağ-qaralar" 56 xalla dördüncü, "Kəpəz" isə 27 xalla onuncudur. 

Günün ikinci qarşılaşmasında isə "Araz-Naxçıvan" və "Zirə" klubları üz-üzə gələcək. Sumqayıtdakı "SOCAR Polymer Arena"dakı görüşün start fiti saat 19:00-da səslənəcək. Hazırda "Zirə" klubu 53 xalla beşinci, Naxçıvan komandası isə 43 xalla altıncı pillədə yer alır. 

Qeyd edək ki, Misli Premyer Liqasına sabah "İmişli" - "Karvan-Yevlax" oyunu ilə yekun vurulacaq. 

Dİgər xəbərlər