SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR

"Aston Villa" Avopa Liqasinin qalibi oldu

\"Aston Villa\" Avopa Liqasinin qalibi oldu

İdman

Bugün, 11:10

Futbol üzrə UEFA Avropa Liqasının qalibi müəyyənləşib. 

Olimpiyadunyasi.com xəbər verir ki, qitənin ikinci nüfuzlu klub turnirinin qalibi İngiltərənin “Aston Villa” klubu olub. Unay Emerinin başçılıq etdiyi komanda finalda Almaniyanın “Frayburq” klubuna 3:0 hesabı ilə qalib gəlib. İstanbuldakı “Beşiktaş Park” stadionunda keçirilən görüşdə qolları Yuri Tilemans, Emiliano Buendia və Morqan Rocers vurublar.

Bununla da Emeri baş məşqçi kimi 5-ci dəfə Avropa Liqasının qalibi olub. İspaniyalı mütəxəssis daha əvvəl 3 dəfə İspaniyanın “Sevilya” klubu ilə, 1 dəfə isə “Vilyarreal”la bu titula yiyələnmişdi. 

Dİgər xəbərlər