SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR

Şahmatçılarımız Avropa çempionatında iştirak edəcəklər 

Şahmatçılarımız Avropa çempionatında iştirak edəcəklər 

İdman

Bugün, 14:15

Mayın 24-də Gürcüstanın Batumi şəhərində qadın şahmatçılar arasında şəxsi Avropa çempionatına start veriləcək.

Olimpiyadunyasi.com Azərbaycan Şahmat Fedetasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki,  Azərbaycan  komandası qitə çempionatında 12 şahmatçı ilə təmsil olunacaq.

Avropa çempionatında iştirak etmək üçün Ülviyyə Fətəliyeva, Günay Məmmədzadə, Gövhər Beydullayeva, Gülnar Məmmədova, Ayan Allahverdiyeva, Türkan Məmmədyarova, Səbinə İbrahimova, Zeynəb Məmmədyarova, Məryəm Ağaverdiyeva, Mələk İsmayıl, Lalə Hüseynova və Nərmin Abdinova Batumiyə yollanacaq. 

11 turdan ibarət Avropa çempionatı iyunun 6-da yekunlaşacaq. Turnirin ümumi mükafat fondu 60 min avroya bərabərdi.

Dİgər xəbərlər