SON XƏBƏRLƏR
-
Bugün, 17:43
İdmanMirəli Seyidovun xatirəsinə həsr olunmuş karate turniri başa çatıb
-
Bugün, 16:55
İdmanTürkdilli ölkələrin çempionatında medal qazanan Azərbaycan şahmatçıları mükafatlandırılıb
-
Bugün, 16:29
İdmanFərid Xəlilov Avropa Kamandan Oxatma Federasiyasının komitəsinə seçilən ilk azərbaycanlı olub
-
Bugün, 16:05
İdmanWUF13 ərəfəsində qadın və qız idmançılar üçün inklüziv antidopinq yanaşmalarına həsr olunmuş beynəlxalq konfrans
-
Bugün, 11:58
MOKMOK-un Ədalətli Oyunlar Komissiyasının 2025-ci ilin yekunlarına həsr olunmuş mükafatlandırma mərasimi keçiriləcək
-
Bugün, 10:53
İdmanFIG-dən Rusiya və Belarus idmançılarına yaşıl işıq
-
Bugün, 10:34
İdmanCüdoçularımız Rusiyadan 2 medalla qayıdıblar
-
Bugün, 10:15
İdmanPəhləvanlarımız Samokov sınağını 15 medalla başa vurdular
-
Bugün, 09:32
MOKYeniyetmə cüdoçular Liqa yarışında bir araya gələcəklər
-
Bugün, 00:36
İdmanAvropa çempionatında bürünc medal
-
Bugün, 00:14
GündəmSərbəst güləş millimiz Avropa ikincisi oldu
-
17.05.2026, 22:25
GündəmCüdo millimiz Avropa Kubokunda birinci oldu
-
17.05.2026, 10:08
İdmanBeynəlxalq yarışdan üç medal
-
17.05.2026, 00:58
İdman"AGF Trophy" beynəlxalq turnirində uğurlu nəticə
-
16.05.2026, 15:28
İdman"Neftçi" ikinci oyunda da məğlub olub
-
16.05.2026, 13:11
İdmanMillimizin təlim-məşq toplanışı başa çatıb
-
16.05.2026, 12:49
İdman"Heydər Əliyev Kuboku" uğrunda futzal turnirinin açılış mərasimi keçirilib
-
15.05.2026, 22:39
İdmanGüləşçimiz Avropa çempionatında bürünc medal qazandı
-
15.05.2026, 22:01
İdmanVitse-prezident üzgüçülük üzrə milli komanda ilə görüşüb
-
15.05.2026, 21:45
İdman"Araz-Naxçıvan"dan inamlı qələbə
-
15.05.2026, 20:46
İdmanIV minifutbol turnirinin qalibi olan SOCAR komandası ilə görüş olub
-
15.05.2026, 17:18
İdmanKamandan oxatma yığması Avropa çempionatında iştirak edəcək
-
15.05.2026, 15:21
İdmanMəktəblilərin Respublika İdman Olimpiadasına hazırlığı müzakirə olunub
-
15.05.2026, 14:37
İdmanStolüstü tennisçilərimiz beynəlxalq yarışlara hazırlaşırlar
-
15.05.2026, 12:20
İdmanUFC Bakı gecəsinin bilet qiymətləri açıqlandı
-
15.05.2026, 11:52
İdmanUEFA lisenziyalı məşqçilik kursları üçün təlim
-
15.05.2026, 10:25
İdmanMisli Premyer Liqasında XXXII tur başlayır
-
14.05.2026, 22:00
İdmanGüləşçilərimizin Los-Anceles-2028 yolu müəyyənləşdi
-
14.05.2026, 15:14
İdmanXankəndi stadionunda bərpa işlərinin başa çatacağı tarix açıqlanıb
-
14.05.2026, 13:40
İdman9 ildən sonra
-
14.05.2026, 13:14
İdmanNaxçıvanda boks turniri keçirilib
-
14.05.2026, 13:12
İdman"Bakı–Xankəndi" yarışının V mərhələsinin qalibi müəyyənləşib
-
14.05.2026, 13:08
İdman“Sabah” - tarixin 5-cisi, Dambrauskas ilkə imza atdı
-
14.05.2026, 12:44
İdman"Neftçi"nin apellyasiya şikayəti təmin edilməyib
WUF13 ərəfəsində qadın və qız idmançılar üçün inklüziv antidopinq yanaşmalarına həsr olunmuş beynəlxalq konfrans
İdman
Bugün, 16:05
BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) ərəfəsində təşkil olunan “Bakı Şəhərsalma Həftəsi” çərçivəsində “Gender bərabərliyi çərçivəsində şəhər və regionlarda idman mühitindəki qadın və qız idmançılar üçün inklüziv antidopinq yanaşmaları” mövzusunda beynəlxalq konfrans keçirilib.
Azərbaycan Milli Antidopinq Agentliyindən (AMADA) verilən məlumata görə, AMADA-nın təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin və Azərbaycan İdman Akademiyasının dəstəyi ilə “Şəhərsalma və Memarlıq İli”nə həsr olunan tədbirin əsas məqsədi idmanda gender əsaslı yanaşmalar, inklüzivlik, sağlam və təhlükəsiz idman mühitinin formalaşdırılması, eləcə də antidopinq siyasətində müasir və effektiv mexanizmlərlə bağlı beynəlxalq təcrübənin paylaşılması və müzakirələrin aparılması olub.
Tədbirin açılış mərasimində Azərbaycan İdman Akademiyasının rektoru Fuad Hacıyev, Milli Məclisin deputatı, Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) Müşahidə Şurasının sədri Nigar Arpadarai, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Elnur Məmmədov, AMADA-nın icraçı direktoru Təhminə Tağı-zadə, WUF13 Azərbaycan Əməliyyat Şirkətinin Substantiv məzmun şöbəsinin müdiri Cəmilə İsmayılzadə və London Ali İqtisadiyyat Məktəbinin elmi işçisi Din Şarp çıxış edərək, idmanda inklüziv və gender əsaslı yanaşmaların təşviqinin müasir idman siyasətinin əsas istiqamətlərindən biri olduğunu vurğulayıblar. Qeyd olunub ki, sağlam idman mühitinin formalaşdırılmasında təhsil müəssisələrinin, federasiyaların və aidiyyəti qurumların əməkdaşlığı vacib məqamdır. Qadın və qızların idmanda iştirak imkanlarının genişləndirilməsi cəmiyyətin inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. Gender əsaslı yanaşmanın təmin olunması isə yalnız sosial deyil, həm də institusional məsuliyyət məsələsidir.
Konfrans işini plenar sessiyalar ilə davam etdirib.
Birinci plenar sessiya “Qadın idmançılar üçün inklüziv mühit: risk faktorları, sağlamlıq və təhsil yanaşmaları” mövzusuna həsr olunub. Sessiyaya moderatorluğu AMADA-nın icraçı direktoru Təhminə Tağı-zadə edib.
Sessiyada Azərbaycan İdman Akademiyasının rektoru Fuad Hacıyev, Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Elnur Məmmədov, Azərbaycan Gimnastika Federasiyasının baş katibi Nurlana Məmmədzadə və Hertfordşir Universitetinin professoru Mayk Kallan çıxış ediblər.
Konfransın ikinci plenar sessiyası “Gender əsaslı antidopinq siyasəti: inklüziv idarəetmə və institusional mexanizmlərin effektivliyi” mövzusuna həsr olunub. Sessiyaya moderatorluğu AMADA-nın icraçı direktorunun müavini Rüfət Efendiyev edib.
Sessiyada AMADA-nın icraçı direktoru Təhminə Tağı-zadə, Milli Məclisin Gənclər və idman komitəsinin üzvü Müşfiq Cəfərov, Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun məsul əməkdaşı Vasif Quliyev, həmçinin “Marylebone Health Group”un (Birləşmiş Krallıq) nümayəndəsi Paulina Kloskovska çıxış ediblər.
Tədbirin yekununda təşkilatçılar bütün tərəfdaşlara, spikerlərə və iştirakçılara təşəkkürlərini bildirərək, keçirilən müzakirələrin təmiz idman prinsiplərinin, gender bərabərliyinin və təhlükəsiz idman mühitinin daha da inkişafına mühüm töhfə verəcəyinə əminlik ifadə ediblər.