SON XƏBƏRLƏR
-
Bugün, 10:10
GündəmQadın hakim futbol tarixində ikinci dəfə dünya çempionatının oyununu idarə edəcək
-
Bugün, 08:35
İdmanKolumbiya dünya çempionatına qələbə ilə başladı
-
Bugün, 06:10
İdmanDÇ-2026: Qana millisindən minimal hesablı qələbə
-
Bugün, 02:18
İdmanİngiltərə DÇ-2026-ya qələbə ilə başladı
-
17.06.2026, 19:29
İdmanDÇ-2026-da daha dörd oyun keçiriləcək
-
17.06.2026, 19:26
İdmanQaxda cüdo üzrə region birinciliyi keçiriləcək
-
17.06.2026, 16:07
İdman"Qarabağ" Medina ilə yollarını ayırdı
-
17.06.2026, 15:47
İdman5-ci LANDAU Şahmat Festivalının açılış mərasimi keçirilib
-
17.06.2026, 15:37
İdman"Böyük Dəbilqə"də 17 cüdoçumuz iştirak edəcək
-
17.06.2026, 15:16
İdman"Sabah"ın Çempionlar Liqasının II təsnifat mərhələsindəki potensial rəqibləri müəyyənləşib
-
17.06.2026, 14:52
GündəmMedia və Yayım Şurasının yaradılmasının strateji səbəbləri
-
17.06.2026, 14:18
İdmanBoksçularımız Sarayevoda Olimpiya ümidləri turnirində iştirak edəcəklər
-
17.06.2026, 13:49
İdmanBasketbol millimiz Tbilisidə iki qələbə qazanıb
-
17.06.2026, 10:55
İdmanTunis Qran-prisində gümüş medal
-
17.06.2026, 10:46
İdmanBalkan çempionatında 7 atletimiz iştirak edəcək
-
17.06.2026, 10:30
İdmanAvstriya DÇ-2026-ya qələbə ilə başladı
-
17.06.2026, 10:07
İdmanAzərbaycan "Formula 1"in dəstəklədiyi qlobal STEM Racing proqramına qoşulub
-
16.06.2026, 12:05
GündəmBakıda keçiriləcək UFC turniri üçün Bakıya 70-ə yaxın ölkədən azarkeş gələcək
-
16.06.2026, 11:37
İdmanKamandan oxatma üzrə Bakı şəhər kubokunun II mərhələsi keçiriləcək
-
16.06.2026, 11:28
GündəmAzərbaycan Güləş Federasiyasında yenilik
-
16.06.2026, 11:11
İdmanXXIX "Şahin" hərbi-idman oyununun final mərhələsi keçirilib
-
16.06.2026, 10:58
İdman"Zirə"nin Konfrans Liqasının I təsnifat mərhələsindəki rəqibi müəyyənləşəcək
-
16.06.2026, 10:07
İdmanAvropa Liqası: Bu gün "Qarabağ"ın I təsnifat mərhələsindəki rəqibi müəyyənləşəcək
-
16.06.2026, 09:20
İdmanBu gün "Sabah"ın Çempionlar Liqasındakı rəqibi müəyyənləşəcək
-
16.06.2026, 09:01
İdmanİran və Yeni Zelandiya yığmalarının oyunu heç-heçə yekunlaşdı
-
16.06.2026, 08:50
İdmanDÇ-2026-da növbəti bərabərlik
-
16.06.2026, 01:02
İdmanDÇ-2026: Belçika Misir oyununda qalib müəyyənləşmədi
-
16.06.2026, 00:09
İdman"Turan Tovuz"un Konfrans Liqası ilə bağlı şikayətini təmin edilmədi
-
15.06.2026, 00:08
GündəmPrezident İlham Əliyevin sosial media hesablarında Milli Qurtuluş Günü münasibətilə paylaşım edilib
-
15.06.2026, 00:02
GündəmMehriban Əliyeva Milli Qurtuluş Günü münasibətilə paylaşım edib
-
13.06.2026, 23:20
İdmanAOK-un 55-ci Baş Assambleyasına yekun vurulub
-
12.06.2026, 15:21
İdmanAvarçəkənimiz Avropa çempionu olub
-
12.06.2026, 13:54
İdman"Real" 32 saata Bernardo Silvanın transferini yekunlaşdırdı
-
12.06.2026, 13:22
MOKAOK-un 55-ci Baş Assambleyası öz işinə başlayıb
"Heydər Əliyev Kuboku" uğrunda futzal turnirinin açılış mərasimi keçirilib
İdman
16.05.2026, 12:49
Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən dövlət qurumlarının komandaları arasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş "Heydər Əliyev Kuboku" uğrunda futzal turnirinin açılış mərasimi keçirilib.
İlham Əliyev adına Olimpiya İdman Kompleksində baş tutan mərasimdə əvvəlcə Dövlət Himni səsləndirilib, ümummilli lider Heydər Əliyevin və şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla anılıb.
Açılış mərasimində çıxış edən gənclər və idman nazirinin müavini, nazir vəzifələrini icra edən Məcid Seyidov ümummilli lider Heydər Əliyevin Azərbaycanda idmanın inkişafı istiqamətində həyata keçirdiyi siyasətin ölkədə güclü idman ənənələrinin formalaşmasına mühüm töhfə verdiyini bildirib. Qeyd olunub ki, bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, ölkəmizdə idman infrastrukturunun genişləndirilməsi, gənclərin idmana cəlbi və beynəlxalq arenada əldə olunan nailiyyətlər bunun bariz nümunəsidir. Məcid Seyidov ulu öndərin əziz xatirəsinin daim ehtiramla yad edildiyini vurğulayaraq, turnirin dövlət qurumları arasında əməkdaşlığın möhkəmləndirilməsi, sağlam həyat tərzinin təşviqi və idmanda kütləviliyin artırılması baxımından əhəmiyyətini diqqətə çatdırıb, komandalara uğurlar arzulayıb.
Naxçıvan Futbol Federasiyasının (NFF) baş katibi Raqif Abbasov isə çıxışında ümummilli lider Heydər Əliyevin Azərbaycan idmanına və futboluna göstərdiyi xüsusi diqqətdən danışıb. Bildirilib ki, ölkədə idmanın inkişafı istiqamətində əsası qoyulan ənənələr bu gün uğurla davam etdirilir. Yarışın həm idman əlaqələrinin gücləndirilməsi, həm də sağlam rəqabət mühitinin formalaşdırılması baxımından önəmli olduğu vurğulanıb, komandalara uğurlar arzulanıb.
Yarışın ilk matçında Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Naxçıvan Televiziya və Radio Verilişləri QSC-ni təmsil edən komandalar meydanda olub. Görüş teleradio təmsilçisinin 5:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası, Azərbaycan Futzal Federasiyası (AFFA) və NFF tərəfindən birgə təşkil olunan və 20 komandanın iştirak etdiyi ənənəvi yarış mayın 27-də yekunlaşacaq. Turnirin oyunları İlham Əliyev adına Olimpiya İdman Kompleksində keçiriləcək.
Yarışda ilk üç yeri tutacaq komandalara diplom, medal və hədiyyələr, o cümlədən qalib komandaya baş mükafat – "Heydər Əliyev Kuboku" təqdim olunacaq.