SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR

Naxçıvanda boks turniri keçirilib

Naxçıvanda boks turniri keçirilib 

İdman

14.05.2026, 13:14

Naxçıvanda boks üzrə muxtar respublika birinciliyi keçirilib.
Olimpiyadunyasi.com xəbər verir ki, yarış Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilib.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən yeniyetmələr, gənclər və böyüklər arasında təşkil edilən yarış İlham Əliyev adına Olimpiya İdman Kompleksində baş tutub. Çempionatda şəhər və rayon komandalarının tərkibində ümumilikdə 93 idmançı 23 çəki dərəcəsi üzrə mübarizə aparıb.
Sonda mükafatlandırma təşkil olunub. Naxçıvan Muxtar Respublikası gənclər və idman nazirinin müavini, nazir vəzifələrini icra edən Məcid Seyidov ilk üç yerin sahiblərini diplom və medallarla təltif edib.

Dİgər xəbərlər